Weather Data Source: havadurumuuzun.com

Dünya Hələ Göründüyü Kimidir…

Dünya Hələ Göründüyü Kimidir…

Bəzən düşünürük ki, dünya dəyişib. Hər şey ağırlaşıb, insanlar yadlaşıb, ümidlər solub. Amma əslində dünya hələ də göründüyü kimidir. Göy yenə mavi, torpaq yenə bərəkətli, günəş yenə doğur, gecə yenə sakitlik gətirir… Dəyişən sadəcə bizim içimizdə baş verənlərdir. Dəyişən bizim seçdiyimiz yol, atdığımız addımdır.

İnsan bir qərarla bütün həyatını dəyişə bilər. Bir addımla yeni bir səhifə aça bilər. Həyat öz-özünə düzəlmir. Həyat, addım atmaq cəsarətini göstərənlərə yeni qapılar açır. Həyat, dəyişməkdən qorxmayanlara rənglərini göstərir.

Həyat bir aynadır. Nə hiss edirsənsə, onu əks etdirir. Əgər qaranlıq düşünürsənsə, ətraf da sanki qaralır. Əgər ümidlə baxırsansa, dünya da sənə gülümsəyir. Əgər addım atırsansa, dünya da sənin yolunu aydınladır.

Unutma, dünya səni gözləmir. Amma sən onu dəyişmək üçün bir addım qədər yaxınsan. Həyat sənin düşüncənin, cəsarətinin, niyyətinin əks-sədasıdır.

Bir addım at…
Bəlkə də o addım sənə yeni bir ömür gətirəcək.
Çünki dünya hələ də göründüyü kimidir – sən necə baxırsansa, o da elə görünür…

PƏRVANƏ SALMANQIZI

Top