Weather Data Source: havadurumuuzun.com

UNEC-in 95 illik yubileyi: Rektor Ədalət Muradovdan tarixi hesabat

UNEC-in 95 illik yubileyi: Rektor Ədalət Muradovdan tarixi hesabat

Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC-in 95 illik yubileyi böyük təntənə ilə qeyd olunub. Yubiley tədbirində universitetin rektoru, professor Ədalət Muradovun çıxışı xüsusilə diqqət çəkib. Rektor qeyd edib ki, bu tədbir sadəcə bir yubiley deyil, həm də dərin mənalı bir hesabat günüdür.

Professor Ədalət Muradov çıxışında vurğulayıb ki, UNEC bu gün özünün tarixində mühüm bir mərhələyə qədəm qoyur. “Bu yubiley tədbiri Ulu Öndər Heydər Əliyevin 23 il öncə – İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu mühüm vəzifələrin icrasına, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin mənə ünvanladığı tapşırığın yerinə yetirilməsinə dair hesabat günüdür”, – deyə rektor bildirib.

Ulu Öndər Heydər Əliyevin təhsilə verdiyi önəmi xatırladan Ədalət Muradov UNEC-in bu dəyərlərə sadiq qalaraq illər boyunca ölkə iqtisadiyyatına xidmət edən peşəkar kadrların yetişdirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları çərçivəsində UNEC innovativ yanaşmalar, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıqlar və elmi tədqiqatlar sahəsində ciddi nailiyyətlər əldə edib.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər də UNEC-in Azərbaycan təhsil məkanındakı rolunu və gələcək perspektivlərini yüksək qiymətləndiriblər. UNEC-in 95 illik tarixi təkcə bir universitetin deyil, həm də Azərbaycan təhsil sisteminin inkişaf tarixinin əhəmiyyətli bir parçasıdır.

Qeyd edək ki, UNEC bu əlamətdar gün münasibətilə müxtəlif tədbirlər, elmi konfranslar və mədəni layihələrlə ölkə miqyasında geniş qeyd olunur.

PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA

Top