Könül Qocayeva – Elmə Sadiq Müəllim, Tələbələrin Mənəvi Anası

Könül Qocayeva – Elmə Sadiq Müəllim, Tələbələrin Mənəvi Anası
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Xarici dillər” kafedrasının müəllimi Könül Qocayeva Nazım qızı elmə, təhsilə və tələbələrə olan sevgisi ilə seçilir. O, yalnız peşəsinə deyil, həm də insani dəyərlərə bağlılığı ilə tanınır. Könül xanım öz fədakar və vicdanlı əməyi ilə həmkarlarının və tələbələrinin dərin hörmətini qazanıb.
O, dərs dediyi tələbələrin müəllimədən daha çox mənəvi dayağı, yol göstərəni, qayğıkeş bir “mənəvi ana”sıdır. Könül Qocayeva üçün müəllimlik sadəcə bilik ötürmək deyil, həm də şəxsiyyət yetişdirmək, gənc nəslin ruhuna işıq saçmaq deməkdir.
Əzimlə çalışan, dürüstlüyü ilə seçilən Könül xanım kimi müəllimlər təhsil sistemimizin sütunlarıdır. Onun kimi fədakar və saf qəlbli insanların olması, gələcək nəsillərin daha parlaq sabaha ümidlə addımlamasına zəmin yaradır.
Könül müəlliməyə elmi fəaliyyətində, pedaqoji işində və mənəvi missiyasında uğurlar arzulayırıq!
PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA