Təndir çörəyi

ANAMIN TƏNDİRİ SÖNMƏZDİ HEÇ VAXT
Kündəni yapdıqca isti təndirə,
Alovdan qızaran üzü gülərdi.
Yapdığı çörəyi təndir başında,
Yoldan ötənlərə kəsib verərdi.
Məhlədə nə qədər uşaq vardısa,,
Hərəyə balaca kökə yapardı,
Bütün uşaqların təndir başında,
Adına balaca dürmək tutardı ..!
Anamın təndiri sönməzdi.heç vaxt,
Qonumlar- qonşular növbə tutartı.
Anam öz işini bitirən bir vaxt
Gözləyən çörəyin onda yapardı.
İndi nə o təndir, nə də anam var,
Yoxdur o çörəyin ətiri, dadı,
Məni bağışlasın yerdə qalanlar,
Ruzi-bərəkəti anam apardı.
İndi təndirlərin sayı azalıb,
İndi O , analar qalmayıb daha…
Nə olar, qalayın, yapın təndiri,
Sizi and verirəm Uca Allaha!
Mübariz Ağaxan oğlu Süleymanlı