Weather Data Source: havadurumuuzun.com

“Sevməkdən Geri Qalma – Qurucu Ol, Yıxıcı Deyil”

“Sevməkdən Geri Qalma – Qurucu Ol, Yıxıcı Deyil”

Həyat bizə hər gün seçimlər təqdim edir: ya qurub yaşadarıq, ya da dağıdıb yox edərik. Bu iki yol arasında olan fərq təkcə əməldə deyil, ürəyin duruşundadır.

Sevməkdən geri qalma… Çünki sevgi insanın içini nura çevirən, ruhunu dincliklə dolduran ilahi bir enerjidir. Sevgi insanı həm özünə, həm başqasına bağlayır. O, insanı müalicə edir, qırıq-qırıq olmuş ruhları birləşdirir, itmiş ümidləri yenidən oyadır. Sevmək zəiflik deyil, əksinə, güclü insanların seçimidir.

Qurucu ol… Çünki həyatın gözəlliyi qurmaqda, inşa etməkdədir. Bir kəlmə sözlə qəlb tikmək, bir addımla inam salmaq, bir təbəssümlə dünyanı dəyişmək mümkündür. Qurmaq – sabaha inam yaratmaqdır. Bir insanın əlindən tutmaq, bir könülə dəymək, bir ümidə yol olmaq – bunların hər biri quruculuqdur.

Yıxıcı olma… Çünki dağıtmaq asandır, amma dağıdılanın yerinə yenisini tikmək illər alar. Qırmaq asandır, amma qırılan qəlbin səsini eşitmək üçün həssas bir vicdan lazımdır. Yıxıcı olmaq insanı güclü göstərməz, əksinə içindəki boşluğu üzə çıxarar.

Unutma ki, sən yaşatmaq üçün yaradılmısan – həm sevgini, həm ümidləri, həm də insanlığı.

Sevməkdən geri qalma… Qurucu ol… İnsan ol…

PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA

Top