Qarabağın Tutusu – Müharibə Qəhrəmanı Rüxsarə Cumayeva 60 yaşında

Qarabağın Tutusu – Müharibə Qəhrəmanı Rüxsarə Cumayeva 60 yaşında
Bu gün Vətən uğrunda şərəfli ömür yaşamış, igidliyi, mərdliyi və fədakarlığı ilə xalqın yaddaşında iz qoymuş müharibə iştirakçısı Rüxsarə Cumayevanın 60 illik yubileyidir.
Rüxsarə xanım təkcə bir qadın, bir ana, bir ziyalı deyil — o, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda silaha sarılmış igid Vətən övladıdır. Onun həyat yolu, mübariz duruşu və sarsılmaz iradəsi bugünkü gənclərə örnəkdir. “Qarabağın Tutusu” kimi tanınması təsadüfi deyil – çünki o, savaş meydanlarında göstərdiyi cəsurluqla bir xalqın şərəfini daşıyan simvola çevrilib.
Rüxsarə Cumayeva müharibənin acılarını öz çiyinlərində daşıyan, lakin heç zaman sınmayan qadın obrazıdır. O, döyüş bölgəsində təkcə mübarizə aparmadı, eyni zamanda əsgərlərin mənəvi dayağına çevrildi. Vətən sevgisi, xalqına və torpağına bağlılığı ilə əsl qəhrəmanlıq salnaməsi yazdı.
Bu gün onun 60 illik yubileyi yalnız bir ömrün hesabatı deyil, həm də bir Vətən fədaisinin təntənəsidir. Onun həyat yoluna nəzər saldıqda, fədakarlıq, vətənpərvərlik və əzmkarlıq kimi ali dəyərlərin canlı təcəssümünü görürük.
Əziz Rüxsarə Cumayeva!
Sizi bu möhtəşəm yubiley münasibətilə ürəkdən təbrik edirik!
Sizə uzun ömür, sağlamlıq, xoşbəxtlik və hər zaman ətrafınızda Vətən üçün dəyərli insanlar arzulayırıq. Sizin kimi qəhrəmanlarımız olduğu müddətcə, bu xalq daim başıuca olacaq!
Qəhrəmanlarımız unudulmur – tarixə adlarını qızıl hərflərlə yazdıranlar arasında Sizin də adınız şərəflə çəkilir!
PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA