Məhəmmədin Doğum Günü Mübarək Olsun!

Məhəmmədin Doğum Günü Mübarək Olsun!
Bu gün mənim üçün ən dəyərli günlərdən biridir – çünki canım oğlum Məhəmmədin dünyaya gəldiyi gündür. Məhəmməd təkcə bir ad deyil, mənim həyatımın ən gözəl mənası, ilahi bir hədiyyə, sevgimin, duasımın, ümidimin adıdır.
Sənin gəlişin həyatımıza sevinc, nur və yeni bir nəfəs qatdı, oğlum. Gözlərindəki parıltı, qəlbindəki təmizlik, düşüncələrindəki dərinlik sənin nə qədər xüsusi və seçilmiş bir uşaq olduğunu hər an bizə göstərir.
Arzum budur ki, Allah səni daim qorusun, ürəyindən keçən bütün gözəl arzular gerçək olsun. Bilirəm ki, sən bu dünyaya iz qoymağa gəlmisən – sevgi ilə, mərhəmətlə, biliklə və ləyaqətlə. Səninlə qürur duyuram!
Sevgiylə böyü, mərhəmətlə yaşa, dürüstlükdən və haqq yoldan heç zaman ayrılma.
Bu dünya sənə dar olmasın, oğlum. Uğurların göy üzünü aşsın, yolun həmişə açıq, bəxtin daim parlaq olsun.
Ad günün mübarək, Məhəmməd!
Səni sonsuz sevən
Anan.
PƏRVANƏ SALMANQIZI ABDULLAYEVA


