Weather Data Source: havadurumuuzun.com

Böyük Liderin Xatirəsinə və Böyük Qələbəyə Həsr Olunmuş Yaddaqalan Tədbir

Bakı şəhəri, 11 may 2025-ci il

Böyük Liderin Xatirəsinə və Böyük Qələbəyə Həsr Olunmuş Yaddaqalan Tədbir

11 may 2025-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə və faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş möhtəşəm konsert programlari və tədbirləri ilə keçirilmişdir.

 

Hər iki tədbir Azərbaycan Tatar İcmasınin tərəfindən və “Zəfər Yolu” ictimai birliyi, Azərbaycan Kazaklar Birliyi, “Tatarıstan” ansamblı və “Günay” teatrı ilə birgə təşkil olunmuşdur, və Azərbaycandakı Tatarstan daimi nümayəndəliyində köçürülmüşdür.

Tədbiri, Azərbaycan Tatar İcmasının idarə heyətinin üzvü, Avropa-Asiya Beynəlxalq Elmlər Akademiyasının Sülh Mədəniyyəti İnstitutu(UNESCO) fəxri akademiki, sülhməramlı səfiri, humanitar və kommersiya layihələri departamentinin direktoru, Azərbaycan medeniyet assosiasiyasinin və Azərbaycan Jurnalistləri Peşəkar İttifaqının üzvü və mükafatlarin laureati Renat İlyazov acıq elan etmişdir.
O, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən bəhs edərək, tədbirin ideya yükünü iştirakçılara çatdırmışdır.

Tədbir iştirakçıları böyük liderin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdilər.

Konsert proqramı çərçivəsində bəstəkar Sevinc Tofiqqızının musiqi, Azərbaycan yazıçılar birliyinin üzvü, Rasul Rza mükafatın laureatı, Prezident təqaüdçüsü İradə Əlillinin sözləri, xalq artisti Mənsum İbrahimovun tələbəsi – mügənni, bəstəkar Elnarə Rza ifa etmişdir.

Publisist və yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zərəngiz Mansurova böyük liderin həyatından bəhs edən məlumatları ilə çıxış edərək və yeddi dildə nəşr olunmuş, öz müəllifi olduğu kitabı, Azərbaycan Tatar İcmasının sədrinə, texniki elmlər doktoru, professor, Azərbaycanın əmək veteranı Elmira İlyazovaya hədiyyə etmişdir.

Tədbir Azərbaycan Dövlət Televiziyasının solisti, 2017-ci ilin Muğam Müsabiqəsinin qalibi Nurlan Namazovun və Azərbaycan Dövlət Filarmoniyasının solisti, beynəlxalq müsabiqələr laureatı Nəsrin Nurun möhtəşəm ifaları ilə davam etmişdir.

Qonaqlari “Zəfər Yolu” İctimai Birliyinin sədri, zefernews.az saytının rəhbəri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan üzrə təmsilçisi, Türkiyənin Hankido Karate Federasiyasının Azərbaycanda təmsilçisi, jurnalist, şairə-publisist Pərvanə Salmanqızi və Azərbaycan Kazaklar Birliyinin atamanı, kazak generali Sergey Samuylov öz çıxışlari ilə salamladılar.

Azərbaycan Kazaklar Birliyinin xor kollektivinin Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını səsləndirməsi tamaşaçılara xüsusi duyğular yaşatdı.

Tədbir çərçivəsində “Günay” teatrının rəhbəri, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Larisa Tarusovanın quruluşunda, “Günay” teatr tərəfindən hazırlanmış unikal səhnə əsərinin premyerası təqdim olundu.

Bayram proqramında həmçinin müxtəlif müsabiqələrin laureatları:
Azərbaycan Kazaklar Birliyinin xor və solistləri, Nadjiyə Busuyevanin rəhbərliyi altında “Tatarıstan” ansamblın xor və solistləri, mügənni Niinsun, şairlər Natali, Marina Kolomazova (Rusiyanın qızıl qələmi), Günatay Hüseynova və Maksim Elizarov, Renat Ilyazov, Nell Kyuri oğlu Albertlə birgə, Arzu Manafli (Baku piano festival laureatı), səhnə oxucusu Nelya Əvəzova, Ismaıl Safin(qarmon), İlqar Akçurin(gitara), Marat Akçurin bacı uşaqları ilə birgə, çıxış etmişdilər.

Tədbirin sürpriz məqamlarından biri isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri, vokalçılari – Firuz Məmmədov və Valeriya İskəndərovanın,
balerina və xoreoqraf Natella Kadimovanın, möhtəşəm çıxışları oldu.

 

 

 

Tədbir yüksək səviyyədə, tamaşaçılarin böyük maraqi ilə və izdihamla keçdi.

Mənbə: Azərbaycan Tatar İcması

Top