“Kinderland” – İstedadlı Uşaqları Bir Araya Gətirir!

“Kinderland” – İstedadlı Uşaqları Bir Araya Gətirir!
7–28 iyun 2025 tarixlərində uşaqlar üçün nəzərdə tutulmuş yeni musiqi müsabiqəsi – “Kinderlandın Səsi” keçiriləcək. Layihə Azərbaycan İncəsənət Məktəbi və Play10-un birgə təşkilatçılığı ilə reallaşır.
Müsabiqə 4–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Məqsəd musiqi və səhnə sənətinə marağı olan istedadlı uşaqları bir araya gətirmək, onların yaradıcılıq potensialını inkişaf etdirmək və bu istedadları geniş auditoriyaya təqdim etməkdir. Bu, uşaqların motivasiyasını artıracaq, həm də gələcəkdə sənətə maraqlarının daha da dərinləşməsinə zəmin yaradacaq.
İştirakçılar 1–31 may tarixlərində öz ifalarını əks etdirən 1 dəqiqəlik videonu WhatsApp vasitəsilə (+994) 50-251-07-73 nömrəsinə göndərərək qeydiyyatdan keçə bilərlər. Göndərilən videolar 2–6 iyun tarixlərində münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və uyğun namizədlər seçim turuna dəvət olunacaqlar.
Seçim turu 7 iyunda baş tutacaq. İştirakçılar canlı çıxış edəcək, münsiflər tərəfindən komandalar formalaşdırılacaq. Komanda mərhələsi 14 iyun, yarımfinal 21 iyun, böyük final isə 28 iyun tarixində keçiriləcək.
Müsabiqədə iştirak edən bütün uşaqlar Azərbaycan İncəsənət Məktəbinin rəsmi diplomu və xatirə hədiyyələri ilə təltif olunacaq.
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru