Weather Data Source: havadurumuuzun.com

HEYDƏR ƏLİYEV- ELM, TƏHSİL SİYASƏTİ

HEYDƏR ƏLİYEV- ELM, TƏHSİL SİYASƏTİ

                                                  

Ölkəmizin inkişafının təməlində müstəqillık, hümanizim, güclü dövlətçilik dayanır. Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri ilə ölçülür.

Azərbaycan müstəqil bir dövlət kimi fəaliyyət göstərdiyi gündən bəri dahi liderimiz Heydər Əliyev hər bir sahəyə, xüsus ilə də elm və təhsil sahəsinə öz diqqət və qayğısını əsirgəməmişdir.  “Cəmiyyət – elm və təhsilsiz inkişaf edə bilməz” sözlərini söyləyən ümummilli liderimiz bu istiqamətdə də bir çox işlər görmüşdür. Onun təhsil sahəsində apardığı islahatlar, verdiyi fərman və sərəncamlar buna misaldır. Ulu öndərimiz təhsil sahəsində nadir istedadı ilə fərqlənən insanlara da xüsusi diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin təhsil sahəsində istedadlı insanlara göstərdiyi qayğı və diqqət həmişə önəmli olmuşdurr. Belə ki, uzaqgörən liderimiz tərəfindən keçən əsrin 70-ci illərindən başlayaraq istedadlı azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün  müxtəlif regionlarında yerləşən qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdilər və qayğı göstərilən belə istedadların sayı ötən əsrin 80-ci illərində artıq iki dəfə artmağa başlamışdır. 

    Elm və mədəni tərəqqinin ölkəmizin gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsi, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısı daha da artmışdır. Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir və dövlətin davamlı sosial-iqtisadi, mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillər müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan vermişdir, çünki dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir.  Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daimi qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və əldə edilən elmi nəticələrin xaricdə tanıdılması üçün bir sıra mühüm qərarlar qəbul etmişdir.      Elmin inkişafına dövlət qayğısı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə aparıldığı müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı elmi durumun səviyyəsindən və qazanılan nailiyyətlərin tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır. Ölkə başçısı son illərdə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncam və fərmanlar imzalamış, dövlət proqramlarıtəsdiq etmişdir.

Elə bir sahə yoxdur orada dahi siyasətçinin diqqətini, qayğısını hiss etməyək. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu dövrün əsas xüsusiyyətlərindən biri ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna diqqət və qayğısının davamı olaraq sahəyə ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuşdur və uğurla həyata keçirilmişdir.

XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Bu fıkir ümummilli lider Heydər Əliyevə məxsusdur. Bu inkişafı şərtləndirən ən mühüm amil də məhz ümummilli liderin özünün xalqın formalaşmasında,. özünütəsdiqində ciddi önəm verdiyi elmə, təhsilə müstəsna qayğı göstərməsi olmuşdur. Böyük öndərin himayəsı elm və təhsil sistemini XX əsrın son otuz ili ərzində layiq olduğu zirvəyə yüksəltmişdir.Elm və təhsil uzaq görən siyasətçı Heydər Əliyevin prioritet münasibət bəslədiyi sahələr idi.

Hər bir xalqın, məmləkətin taleyində təhsilin neçə mühüm əhəmiyyət kəsb etdiyi barədə geniş müzakirələr açmağa lüzum yoxdur. Təhsil cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz cəmiyyət kölədir, təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Təhsilin cəmiyyətdəkı rolunu daha yaxşı dərk etmək üçün ümummilli lider Heydər Əliyevin həyat yolunu və əməllərini dərindən öyrənmək gərəkdir. Təhsil və elm  ölkənin, xalqın taleyidir. Təsilin və elmin inikişafı ümumxalq problemdir. “Təhsil xalqın gələcəyidir” – dərin hikmət yükü olan bu sözlərin müəllifi olan ümummilli liderimiz Heydər Əliyev mənsub olduğu xalqın övladlarının mükəmməl təhsil ala bilmələri üçün hər zaman çalışmışdır. Təhsilin cəmiyyətin, xalqın, dövlətin inkişafında rolunu yüksək qiymətləndirən Heydər Əliyev rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan təhsil sisteminin hərtərəfli inkişafına müstəsna qayğı göstərmiş, bu sahənin maddi-texniki bazasının möhkəmlənməsi üçün əməli tədbirlər görmüşdür.

Ümummilli lider qeyd edirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam…Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”. Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə qədər önəm verdiyinin təzahürüdür.

Umummilli liderimiz Heydər Əliyevin Azərbaycanın elm və təhsil sisteminin inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də davam etdirmiş və təhsilimizin inkişafında yeni bir mərhələ açmışdır. Ölkə prezidentinin təhsilə göstərdiyi ardıcıl diqqət və qayğısından, onun təhsil haqqında dediyi müdrik kəlamlarından və xüsusilə “maddi kapitalın insan kapitalına çevirmək” ideyasından qaynaqlanır ki, bu da səriştəli müəllim əməyinin şagird şəxsiyyətinin formalaşdırılmasında mühüm şərtidir. Strategiyada deyilir: “İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir” .

Milli dəyərlərimiz olan adət və ənənələrimiz, davranış və rəftarımızda milli əxlaq normalarımız yetişən gənc nəslə təlim və tərbiyə prosesində, müəllimin yaradıcı, peşəkar fəaliyyəti prosesində aşılanır. Qloballaşma prosesində təhsilin məzmunu və müəllimin peşəkar fəaliyyəti şəxsiyyətin mili mentalitetini yüksəltməyə, milli özünüdərkinə, onun hərtərəfli inkişafına, yüksək insani keyfiyyətlərə yiyələnməsinə xidmət etməlidir.

Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş gələcək inkişaf istiqamətlərini səciyyələndirən Prezident İlham Əliyev demişdir:- Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi – bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir.

Təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, ümummilli lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, müstəqillik illərində səmərəli fəaliyyət üçün yaradılmış əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.

Saçlı Ağayeva

ADPU Cəlilabad filalının əməkdaşı

Top