Weather Data Source: havadurumuuzun.com

Həyatımın ən önəmli günlərindən biri

Həyatımın ən önəmli günlərindən biri də kitab təqdimatım oldu. Bu tədbirin gözəlliyini kitabımı dərc etdirən “TELLİSƏNƏM BORÇALI” jurnalının təsisçi və redaktoru TelliSənəm xanıma borcluyam.
Tədbirdə gözəl insanlar, hörmətli qələm dostlarımız, vətən uğrunda döyüşən fədakar qazilərimiz, çıxış etdilər. Tədbir öz rəngarəngliyi ilə işıq saçırdı. Güllər, çicəklər, ödüllər, hərbiri biri birindən gözəl əhvalruhiyyə bəxş edirdi mənə.
“Yazarlar” saytının rəhbəri Zaur Ustac bəy və “TELLİSƏNƏM BORÇALI” jurnalının təsisçi və redaktoru TelliSənəm xanım da öz töhvələri ilə gəlmişdilər. Fotolar:

Bu gözəl günü mənə yaşadan bütün dostlarıma təşəkkür edirəm.

DOSTLARA TƏŞƏKKÜR

Səhifəmə boylandım görüm nə səsdi,
Çiçək dəstələri yolumu kəsdi,
Dostlarım səhifəmi elə bəzəyib,
Baxdım göz qamaşdı, ürəyim əsdi.

Hər çiçək qəlbimə sevgi toxudu,
Hər sətir səslənib nəğmə oxudu,
İlahi, nə gözəl dostlarım varmış,
Arzular, diləklər cənnət qoxudu.

Sizsiz ağac idim meyvəsiz, barsız,
Bahardım ciçksiz, qış idim qarsız,
Bir ömür təravət verdiniz mənə,
Mənim əzizlərim, yaxşı ki, varsız.

Qəlbimə səsləndim etmə ahuzar,
Dostlar məni sevir, qoyma intizar,
Bu şerim onlara ərməğan olsun,
Çün, mənim dostlara təşəkkürüm var!

Hörmətlə: Həqiqət HƏQİQİ

HƏQİQƏT HƏQİQİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top