Ceyhun Məmmədovun tövsiyələri

Dəyərli gənclər! Yeni tövsiyələri sizinlə bölüşürəm.
Məlumat üçün qeyd edim ki, bu dəfə tövsiyələri Genclerin Sesi Könüllü Platformasının üzvü Nigar Qulamova hazırlayıb. İnanıram ki, bu tövsiyələr də sizin üçün faydalı və maraqlı olacaq:
- Oxumaqdan, öyrənməkdən və öz üzərinizdə işləməkdən heç vaxt usanmayın. İnsanı da cəmiyyəti də zəka və savadın ucaltdığını unutmayın!
- Başqasının uğuruna paxıllıq etməyin. Əksinə, uğurlu insanlardan ilham alın və öz yolunuza davam edin.
- Sizə pislik edənlərə yaxşılıq edin. Onlar etdikləri pisliklərdən yorulmasalar da siz yaxşılıq etməkdən heç zaman usanmayın.
- Uğursuzluqlardan qorxmayın, onları həyatın dərsi kimi qəbul edin və yolunuza davam edin.
- Öz xalqınızı, mədəniyyətinizi və köklərinizi dərindən öyrənin. Milli kimliyinizlə fəxr edin və onu qoruyun.
- Böyük danışmaqdan çəkinin, əvəzində böyük işlər görün. Sadəlik və təvazökarlıq sizi daha da ucaldacaq.
- Gözəl danışmaq qədər, gözəl dinləməyi də öyrənin. Diqqətlə dinləmək qarşı tərəfə hörmətin və dərin zəkanın göstəricisidir.
- Sosial şəbəkələrdə özünüzü nümayiş etdirməkdənsə, düşüncələrinizi və dəyərlərinizi nümayiş etdirin. Unutmayın, virtual aləmdə görünənlə gerçək həyat fərqli ola bilər.
- Kim olursunuzsa olun – tələbə, işçi, rəhbər və ya sadə vətəndaş – ədalətli və vicdanlı olun. Cəmiyyətin dəyişməsi hər bir fərdin dürüstlüyündən başlayır.
- Tənqidə açıq olun. Onlardan nəticə çıxarın. Bu sizin inkişafınıza təkan verəcək.
Mənbə və müəllif: Ceyhun Məmmədov
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru