Weather Data Source: havadurumuuzun.com

Şəhid Əbdülov Elnur Qədir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub

23 aprel 2025-ci il tarixində Astara rayon Pəlikəş İnzibati Ərazi Dairəsi üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış şəhid Əbdülov Elnur Qədir oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət etdilər.

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, Vətənə məhəbbətdən, toprağa, yurda bağlılıqdan İrəli gəlir. Məhz bu sevgi, birdə 30 illik həsrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Elnur Əbdülovdur.
Elnur Qədir oğlu Əbdülov 23 fevral 2002-ci ildə Astara rayonun Ağkörpü (Sipyəpard) kəndində anadan olmuşdur. 2020-ci ilin aprel ayında Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Ermənistan işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı həqiqi hərbi xidmət keçən Elnur Vətənin əsgəri olaraq döyüşlərə qatılıb, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə sentyabrın 28-i döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Elnur Əbdülov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin!

Sım Kənd Mədəniyyət Evi

Top