Zaur Ustac – İstəyirəm

İSTƏYİRƏM
(birinci şeir)
İstəyirəm, şeir yazım;
Qəhrəmanı Sən olasan!
İstəyirəm, hava olub;
Ciyərlərimə dolasan!
Su kimi içməyim gəlir,
Keçərsənmi dodağımdan?!
Od kimi əlimdən girib,
Çıxarsanmı yanağımdan?!
Qalan ömrüm Sənə fəda;
Gəl, yeni bir dünya quraq!
Dol canıma, gəz qanımda,
Sonunda bir olaq torpaq!
Üzeyirlə dostdur Ustac,
Fərqi yoxdur; ya sağ, ya sol.
İstəyirəm həmin günü,
Oyananda yanımda ol!
15.04.2025. Bakı.
HURİCAMALA ŞEİRLƏR SİLSİLƏSİNDƏN
Müəllif: Zaur USTAC
“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru