Hörmətli və dəyərli Xuraman xanım Muradova

Hörmətli və dəyərli Xuraman xanım Muradova
Milan Hospitalda müalicə və müayinə müddətim ərzində göstərdiyiniz diqqət və qayğıya görə sizə
Səmimi qəlbdən təşəkkürümü bildirmək istəyirəm. Milah Hospitalda keçdiyim müayinələr zamanı göstərdiyin diqqət, qayğı və mənəvi dəstək mənim üçün olduqca dəyərli və unudulmaz oldu. Sizin insanlara verdiyiniz dəyər, peşəkar münasibətiniz və böyük qəlbiniz hər zaman təkcə mənim deyil, əminəm ki, hər kəsin qəlbində iz buraxır.
Həyatımda olduğunuz və bu çətin anda yanımda olduğunuz üçün sizə minnətdaram. Sizin kimi bir bacıya sahib olmaq böyük bir xoşbəxtlikdir.
Sizin kimi vicdablı,mərhəmətli və məsuliyyətli insanların sağlamlıq sahəsində çalışması cəmiyyətimiz üçün böyük qazancdır.Mənə göstərdiyiniz mənəvi dəstəyə və diqqətə görə dərin minnətdarlığımı bildirir,sizə uzun ömür,möhkəm can sağlığı və daima yüksələn uğurlar arzulayıram.
Xuraman xanım Muradova müəllifí olduğu “Kimim var ki dağlarda?! adlı kitabını qızım Jaləyə hədiyyə etdi.Jalə qızım çox sevincli və qürurludur dəyər verdiyi Xuraman xanım Muradovanın kitabını öz şəxsi imzası ilə aldığı üçün.
Allah sizi qorusun, can sağlığı və uzun ömür versin. Hər zaman yollarınız açıq, uğurlarınız bol ,ürəyin rahat olsun!
Hörmətlə, Pərvanə Salmanqızı Abdullayeva.