Şəhidlər yad edildi

Şəhidlər yad edildi
Bu gün, 9 aprel 2025-ci ildə Zaqatala şəhərindəki Ağdam rayonu 152 nömrəli köçkün tam orta məktəbində Mərzili kəndində şəhid olmuş şəhidlərimiz Asif Əliabbas oğlu Əliyev və Ramiz Şafa oğlu Babayevin anım günü keçirildi. Anım günündə bütün məktəb kollektivi toplanmışdı.Tədbir iştirakçıları bir dəqiqəlik sükutla şəhidlərimizi yad etdilər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Əkrəm Mirzəyev açdı. O, məktəbdə yaradılan şəhid guşəsindən, şəhid Asif Əliyev adına sinifin təsis edilməsindən danışdı. Məktəbin Tədris işləri üzrə direktor müavini Məhəmməd Ağayev şəhid Asifin qısa Tərcümeyi-həyatından məlumat verdi.
Sonra tədbirdə iştirak edən yazıçı, şair, publisist Məmməd Mərziliyə söz verildi.
O, şəhidlərin hər birinin vətənpərvər olduqları haqqında məktəbliləri və müəllim kollektivini məlumatlandırdı. O zamankı hərbi vəziyyətdən, silah-sursat çatışmazlığından, Milli Azadlıq hərəkatında, Milli Ordunun quruculuğunda şəhidlərimizin fəallığından danışdı. Sonra şəhidlərimizə qarşı diqqətli olduqlarına görə məktəb direktoruna və məktəb kollektivinə təşəkkürünü bildirdi.
Allah şəhidlərimizə rəhmət eləsin!