Türkel Qrupun təşkilatçılığı ilə Rəngli Bahar adlı rəsm müsabiqəsi keçirilmişdir

Türkel Qrupun təşkilatçılığı ilə Rəngli Bahar adlı rəsm müsabiqəsi keçirilmişdir
6 aprel tarixində Dəstəkçi İcma Mərkəzində müsabiqənin mükafatlandırma mərasimi baş tutdu.
Türkel Qrupun yaradıcısı və sədri Aysu Türkel tədbiri açıq elan etdikdən sonra sözü Dəstəkçi İcma Mərkəzinin rəhbəri Etibar Xıdırova verdi. O öz fikirlərini bölüşüb qalibləri təbrik etdi.
Müsabiqənin nəticələrinə əsasən, Qasımova Gülbəniz 1-ci yer, Kazımova Aytac 2-ci yer, Quluzadə Ülkər 3-cü yerə layiq görülüb. Həmçinin Əhmədli Uğur, Qəndilova Rəna, Məmmədova Ferehxanim
Məlahət Quliyeva, Əlizadə Amil, Mirzəzadə Aylin, Cabbarlı Əli isə FƏRQLƏNMƏYƏ layiq görüldü. Qeyd edək ki, bütün qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırıldı.
Müsabiqənin münsifləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Təhminə Qarayeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəznində İncəsənət Kollecinin məzunu Turanə Fəramərzlidir idi. Fotolar: