Gorus rayonunun Şamsız kənd sakinləri ilə görüş baş tutub

09 mart 2025-ci il tarixdə Yevlax rayonunda məskunlaşmış Gorus rayonunun Şamsız kənd sakinləri ilə görüş baş tutub. Görüşdə Gorus rayon icması sədri Etibar Hasanov sədrin müşaviri Aqil Həsənov, Şahverdilər kənd icmasının sədri Eyvaz Tahirov, icmanın gənclər qrupunun üzvü Hikmət Həsənzadə, əslən Şamsız kəndindən olan Məhəmməd Musayev, Faiq Həmidov və Əli Musayev də daxil olmaqla iyirmi nəfərə yaxın Şamsızlı soydaşlarımız iştirak edirdilər.
Əslən Şamsız kəndindən olan Əliağa Həmidovun və Xocalı soyqırımında həyatını itirmiş mülki sakin Sürəyya Əliyevanın məzarlarını ziyarət etdik. Şəhidin məzarı önündə 5-ci sinif şagirdi Lalə Həmidzadə icmamızın üzvü Yazıçılar Birliyinin üzvü Təvəkkül Gorus Məmmədovun şeirini səsləndirdi və icma sədri tərəfindən Lalə Hğmidzadəyə kitab hədiyyə edildi.
Daha sonra Şamsız kənd icmasının üzvü İnare Musayeva Ceferova qonaqları öz evinə dəvət edib. Qonaqlar İnarə xanımın evində olarkən, onun şəxsi evinin bir hissəsində Şamsız kənd icması üçün xüsusi guşə yaratdığının şahidi olublar.
Şamsız kənd icmasının bu guşəsində həmin kəndin ziyalılarının, respublika səviyyəsində tanınmış ictimai və elm xadimlərinin şəkilləri, onların həyat yolunu əks etdirən yazılı məlumatlar, kəndi tərənnüm edən müxtəlif qədimi məişət əşyaları yerləşdirilmişdi.
Həmsöhbət olduğumuz soydaşlarımızdaki vətən sevgisi, qonaqpərvərlik və atayurda bağlılıq nişanı heyrətə gətirir. Görüş zamanı Gorus Rayon İcmasının sədri Şamsızlılara Qərbi Azərbaycana Qayıdış konsepsiyasının məzmunu, mahiyyəti, məqsəd və prinsipləri, qarışda duran prioritet məsələlər barədə məlumat verdi. Şamsız kənd icması Gorus rayon icmasının ən kiçik icması olmasına baxmayaraq, gördüyü işlər həm geniş əhatəli, tarixi mədəni irsin tərənnümü və fundamentallığı ilə çox böyükdür. Bütün bu işlərinə və bu görüşün təşkilinə çəkdikləri əziyyətə görə başda İnarə xanım Musayeva olmaqla bütün Şamsız kənd icmasının üzvlərinə Gorus rayon icması adından dərin təşəkkürümüzü bildiririk. Arzu edirik ki, digər icmalar da vətən üçün sözdə deyil, işdə fəallıq nümayiş etdirsinlər və vətənə sevgini əməldə göstərsinlər. Fotolar: