Futbola yeni qayda əlavə olundu – RƏSMİ

Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) yeni qayda qəbul edib. Bu barədə qurumun özü məlumat yayıb.
Bu qərar qapıçılarla bağlıdır.
Yeni qaydaya əsasən, əgər qapıçı topu əlində 8 saniyədən çox saxlasa, rəqib komandanın xeyrinə künc zərbəsi təyin olunacaq. Bu qayda növbəti mövsümdən qüvvəyə minəcək.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən, qapıçı topu əlində 6 saniyədən çox saxlaya bilməsə də, oyun zamanı buna çox diqqət ayrılmırdı.