Weather Data Source: havadurumuuzun.com

Alpaqut üzrə rayon birinciliyi

Alpaqut üzrə rayon birinciliyi

1 mart 2025-ci il tatixində Quzanlı qəsəbəsindəki Ağdam Olimpiya İdman Kompleksində Alpaqut Turan Döyüş sənəti üzrə “5 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr edilmiş Ağdam rayon birinciliyi keçirildi.
Yarışda 6-17 yaş arasında idmançılar mübarizə aparmaq üçün toplaşmışdılar. Yarışda təcrübəli idmançılarla bərabər, idmanda ilk addımlarını atan uşaqlar da iştirak edirdilər.
Qarabağ Regional İdman İdarəsinin Ağdam rayonu üzrə sektor müdiri Anar Məmmədov, Ağdam Olimpiya Kompleksinin direktoru Bəhruz Kazımov idmançıları salamladılar. Anar Məmmədov idmançılarımıza Ulu öndər H.Əliyevin idmana necə qayğı göstərməsindən danışdı. Cənab prezidentimz İlham Əliyevin idmançılara olan dəstəyini yarış iştirakçılarına bildirdi. Hər yarışın idmançıların həyatında gələcək uğurlarına açılan yol olduğunu xatırlatdı. Anar Məmmədov və Bəhruz Kazımov yarış iştirakçılarına uğurlar arzuladılar.
Azərbaycan Alpaqut Federatsiyasının Qarabağ Regional Nümayəndəliyinin sədri Tegin Kənan Quliyev Alpaqut idmanına göstərdikləri qayğıya görə Cənab prezident İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür elədi.
Yarışa qatılan idmançılar mübarizəyə başladılar. İdmançılar Ayça, Batur, Caymaz sistemləri üzrə döyüşdə güclərini sınadılar.
Yarışln baş hakimi Tegin Kənan Quliyev, baş katib Yarğan Qənbər Ağayev, hakimlər Atapur Həbib, yarğan Bəxtiyar Mehdiyev yarışı ədalətlə idarə etdilər.
Sonda rayon birinciliyinin qalibləri medal və diplomlarla mükafatlandırıldılar.
Yarış Ağdam rayon İH-nin dəstəyi baş tutdu. Fotolar:

 

 

Məmməd Mərzili
Azərbaycan Alpaqut Federatsiyasının Qarabağ Regional nümayəndəliyinin mətbuat katibi

Top