Weather Data Source: havadurumuuzun.com

Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş “Vaqif Mustafazadə” adlı yeni kitab işıq üzü görüb

Dünya şöhrətli bəstəkar – pianoçu, görkəmli musiqi xadimi – Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi Vaqif Mustafazadənin  85 illiyinə həsr olunmuş “Vaqif Mustafazadə” adlı yeni kitab işıq üzü görüb. 

ZAUR USTAC – “VAQİF MUSTAFAZADƏ” – PDF

“Yazarlar” jurnalının həyata keçirdiyi “Vaqif Mustafazadə – 85”  layihəsi çərçivəsində nəşr olunmuş kitabın müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərininn üzvü, Prezident təqaüdçüsü, şair-publisit Zaur Ustacdır.

Kitab Zaur Ustac tərəfindən Vaqif Mustafazadənin doğum günü münasibətilə qələmə alınmış sonetdən və 85-illik yubileyinə həsr olunmuş sonetlər çələngindən ibarətdir.

Bundan əlavə kitabda fotolar, qeydlər və rəylərlə də tanış ola bilərsiniz.

Kitabın redaktoru Vaqif İsaqoğlu, məsləhətçi Vaqif Yusifli, naşiri Tuncay Şəhrilidir. Üz qabığının rəsm tərtibatıçısı Gülü xanımdır.

Kitab “Vaqif Mustafazadə – 85”  layihəsi çərçivəsində nəşr edilib.


“Yazarlar”
  olaraq, bu münasibətlə  ZAUR müəllimi təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MÜSTƏQİL ƏDƏBİ TƏNQİD – MƏTANƏT VAHİD

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top