Renat debüt etdiyi matçda qol atdı

Milli futbolçumuz Renat Dadaşov yeni klubu “Radomyak”da debüt etdi. O, bununla yanaşı “Vidzev”ə qarşı 90-cı dəqiqədə qol atıb.
25 yaşlı forvard bu barədə özü İnstagram hesabında paylaşı edib:
“Bu möhyəşəm komandada ilk matçımda fərqləndiyim üçün xoşbəxtəm. Qələbə qazanmaq istəyirdik. Amma çalışmağa davam edəcəyik və növbəti oyuna köklənəcəyik”.
Qeyd edək ki, Renat oyuna 80-cı dəqiqədə daxil olmuşdur.