Weather Data Source: havadurumuuzun.com

Elxan Məmmədli (1997)

Elxan Məmmədli 1997-ci il oktyabrn 13-də İsmayıllı rayonu Zoğallıq kəndində dünyaya göz açmışdır. Təhsilini 2004-cü ildə Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbdə təhsilinə başlayıb, 2015-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurmuşdur. Məktəbi bitirdikdən sonra Bakı Biznes Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə daxil olub, 2019-cu ildə oranı bitirərək məzun olmuşdur.
Elxan Məmmədli 2019-cu ildə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən Elxan Məmmədli ordudan tərxis olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı”kursu keçib. Kursu müvəffəqiyyətlə başa vuraraq leytenant hərbi rütbəsini alıb. O, Azərbaycan Respublikası Müdafiə Nazirliynin Quru Qoşunlarının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Xocalı, Şuşa, Xankəndi və Qubadlının ətraf ərazilərində hərbi xidmətini davam etdirib. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə 10 fevral 2022-ci ildə komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib. Daha sonra, 15 may 2023-cü ildən 29 iyul 2023-cü ilə kimi “Komonda” Dağ Təlimi Mərkəzində keçirilmiş 17-ci qəbul “Komando başlanğıc kursu”-nu müvəffəqiyyətlə başa vurub,”Komando” Dağ Təlimi Mərkəzinin komandalığı tərəfindən sertifikata layiq görülüb. Elxan Məmmədli Komando əməliyyat qrupunda “Kəşfiyyat komandiri” vəzifəsində xidmət göstərib.
Leytenant Elxan Məmmədli 2023-cü il sentyabrn 19 da Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı kəşfiyyat komandiri olaraq döyüşə qatılıb, öndə gedərək torpaqlarımızın terrorçulardan azad edilməsində şücaət göstərib . Həmin gün sentyabrn 19-da sinəsindən snayper yarası alaraq şəhidlik zirvəsinə ucalmisdir. Döyüş yoldaşlarının verdiyi məlumata görə Elxan Məmmədli bir an belə qorxu hissi keçirmədən döyüşə -döyüşə irəli gedib.Şəhid olduqdan 1 gün sonra nəşini neytral zonadan çıxartmaq mümkün olumuşdur.
Subay idi.
Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif edilib.

Son foto: .

Dostu Babayev Elçin
Elxan deyəndə ağla gələn ilk şey ətrafa yayılan gülüşü və enerjisi idi.Birinci sinifdən bəri bir yerdə böyüdüyün insan indi cənnətdədi.Onunla bağlı ağıllarda yüzlərlə xatirə əbədiləşib.İnsanlara qarşı olan səmimiyyəti,mehribancılığı onu hamıdan fərqləndirirdi.Hamımızı bir yerə yığanda məs Elxan idi.O olmasa idi sinif uşaqları indi bir yerdə olmazdıq.Hər dost kuruqunun bir qəhrəmanı olur.Bizimdə qəhrəmanımız Elxan idi.Səbrsiz bəzən əsəbi olardı amma kin tutmaz küsəyən biri deyildi.Nə vaxt köməyə ehtiyacın oldu həmişə köməyinə çatardı.Axırıncı dəfə məzuniyyətə gələndə düşüncəli idi.Söhbətlərə qoşulmayıb fikrə gedərdi.Səbəbini soruşanda həmişə dediyi sözü deyirdi “boş şeydi”.Hərbidə gördüyü çətinliklərə baxmayaraq deyinməzdi heç vaxt. Ağ təyyarəsini yəni maşınını çox sevirdi.Uşaqlıqdan maşına olan həvəsini böyüyəndə reallaşdırmışdı.
Nə olursa olsun səni heç vaxt unutmayacayıq.Yaxşıkı səni tanımışam.
Dostu Həmzə İmanlı

6 yaşından, 1-ci sinifdən etibarən birliktə çətin və ya xoş günlər keçirdiyim, eyni sinifdə, mühitdə böyüdüyüm , saysız hesabsız ortaq anılarımız olan uşaqlıq dostum ilə bir daha bu dünyada ünsiyyət qurma imkanının olmaması məni, bizləri xeyli kədərləndirən bir amildir. Onun gur gülüşü , özünə məxsus yumor bacarığı , səmimiyyəti……. bizlərin onun üçün daha çox darıxmamıza səbəbiyyət verir. Ancaq her yerde, her zaman Komandirin adını göstərdiyi qəhrəmanlıqdan, insanların qəlbində qoyduğu xoş izlərdən ötürü fəxrlə, qürurla, məğrurla yad edirik. Hər kəsin dünya imtahanının bitmə tarixi fərqlidir. Elxanınkı bitdi, bizim ki isə davam edir. Əsl vacib olan, əsas başlanğıc olan Axirət dünyasında onunla yenidən Allahın Cənnətində görüşmək diləyi ilə………..

Dostu Rahib İbrahimov
Şəhidimiz Elxan Məmmədli..Cümlənin əvvəlindəki şəhid kəliməsini deyərkən adamı həm qəhər boğur həmdə xüsusi bir fəxr hissi oyanır. Ta məktəb illərindən buyana zarafatları ilə özəl sözləriylə biryerdə böyüdük boya başa çatdıq.. hələdə onun zarafatları, məzəli əhvalatları, başına gələnləri danışıb deyib gülürük.. və sondada dərin bir hüzn boğur bizi.. yerin görsənir komandir.. səni heçvaxt unutmayacağıq.

Dostu Fətəliyev Azər

Qəhrəman Şəhidimiz Məmmədli Elxan! Dostumun adı çəkildiyi zaman içimdə həm qürur bir o qədər də kədər hissi təzahür edir. 2004-cü ildən, 1-ci sinifdə oxuduğumuz vaxtdan bu tərəfə tanıdığım dostumu itirmək mənim üçün çox çətin və üzücü bir hadisədir. Elxan məktəb illərindən hər zaman gülərüz, zarafatcıl, mehriban bir o qədər də ağıllı, mərifətli, heç vaxt ürəyində kinliliyi,küslüyü olmayan biri idi. Elə məktəb illərindən hər zaman hər günümüz bir yerdə keçərdi. Hərbi xidmətdə olan dövrlərdə hər dəfə məzuniyyətə gələn zaman bütün dostları, sinif yoldaşlarını bir yerə yığıb birgə uşaqlıq, məktəb xatirələrimizdən maraqlı söhbətlər edərdik, birgə daha çox vaxt keçirməyə çalışardıq. Elxan heç vaxt heç kəsdən inciməzdi. Kimləsə bir az arası dəysin 5 dəqiqə sonra elə davranardı ki, heç bu məsələ olmamış kimi. Dostumuzun yoxluğu bizim üçün hər zaman çətin gəlir. Hər zaman Elxanla olan xatirələrimiz, onun etdiyi söhbətlər, zarafatlar ağılımıza gəlir. Bir hadisə olan zaman həmişə deyirik ki, Elxan olsa idi bu sözü deyərdi, bu hərəkəti edərdi. Həqiqətən Elxan bizim üçün dostdan ötə bir doğma, bir qardaş kimi olub. Mənim üçün belə əziz, doğma olan bir qardaşı itirmək çox çətin oldu.
Elxan haqqında danışmaq, anlatmaq üçün kəlimələr, cümlələr yetməz, nə qədər danışsam az qalar! Yerin hər zaman məndə əksik qalacaq, hər zaman sənin kimi bir dosta, bir qardaşa ehtyac duyacam və sənlə hər zaman Fəxr edəcəm!

Nəzakət Eminqızı
AJB və AYB – nin üzvü, yazıçıpublisist.

Top