YARADAN YADA SALIB KÖNLÜMÜ ŞAD EYLƏMİR HEÇ
Mən onu hər gün anıb eşq ilə yad eyləyirəm,
Yaradan, yada salıb könlümü şad eyləmir, heç.
Soxulub qəlb evimə, sevincimi hey talayır,
Bir dəfə dur deyərək dərdlərimi əyləmir, heç.
Baş çəkib Ulduz, Aya özümü yolda yoruram,
Qayıdıb yer üzünə dəryalara baş vururam.
Əl açıb dərgahına, dürlü xəyallar qururam,
Lütf edib, öz quluna bircə uğur söyləmir, heç.
Rahimin, başın qatıb qolun söz ilə sarıyır,
Guya ki mindirəcək, Dəvə gəzib, At arıyır.
Nə çəkib xəncərini ruhumu qəmdən qoruyur,
Nədə ki, əl eyləyib öz yanına haylamır, heç.
Ağdam-27.02.2025