Weather Data Source: havadurumuuzun.com

Azərbaycan Tatar İcmasının və Ədəbi Layihə ilə birgə təşkil etdiyi tədbir

Fevralın 23-də Xocalı faciəsi qurbanlarının və şair Vətən Müharibəsi Qəhrəmanı Musa Cəlilin xatirəsinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilmişdir.
Azərbaycan Tatar İcmasının və Ədəbi Layihə ilə birgə təşkil etdiyi tədbir Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin binasında keçirilib.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tamaşaçılara Heydər Əliyev Fondunun hazırladığı film nümayiş etdirilib. Daha sonra musiqili-poetik hissə və tədbirin qonaqlarının çıxışları, o cümlədən: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş müəllimi, şair, beynəlxalq müsabiqələr laureatı, skripka ifacisi, oxucu Lalə Muxtarova,
Şair, beynəlxalq müsabiqələr laureatı, Rusiyanın “Qızıl qələm” mükafatı laureatı, hüquqşünas – Marina Kolomazova,
Uz. Hacıbəyli adına BMA-nın məzunu, pianoçu, Moskva meri mükafatın laureatı Lyaman Qulamova.
ifaci-bəstəkarlar və şairlər Ziba Rəsul və Səbinə Ramiz.
Şair-tərcüməçi Əlviz Əliyev.
Şair-publisist, dramaturq Ziryəngiz Dəmirçi Qayalı.
“Zəfər Yolu” ictimai birliyinin sədri, zefernews.az saytının rəhbəri, Dünya Əfşarlar Assosiasiyasının Azərbaycandakı nümayəndəsi, Türkiyə Hankido Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi, jurnalist, şair-publisist Pərvanə Abdullayeva.
Azərbaycan Mədəniyyət Nazirliyi M.Ordubadi Muzeyinin direktoru vəzifəsini icra edən Rasimə Əhmədova.
Şair Arzu Manaflı.
Ardınca Musa Cəlilin həyatından maraqlı faktlardan bəhs edən film nümayiş etdirilib, musiqi əsərləri də səsləndirilmişdir.

Tədbirdə Azərbaycan tatar icmasının sədri, texniki elmləri doktoru, professor, Azərbaycanın əmək veteranı Elmira İlyazova, ziyalılar, gənc şairlər və digər tamaşaçılar iştirak ediblər.
Tədbirin aparıcısı və guruluscu, Avropa-Asiya Beynəlxalq Humanitar Akademiyasinin sülhməramlı səfiri, politologiya professoru, Azərbaycan Tatar İcmasının və “Mərcani Endowment” xeyriyyə təşkilatının idarə heyətinin üzvü, şair, ifaçı, oxucu Renat İlyazov idi.

 

 

 

Qarlı axşamda tədbir ənənəvi tatar çay süfrəsi ilə davam edib, qonaqlar və tədbir iştirakçıları öz təəssüratlarını və gələcək tədbirlərin təşkili və keçirilməsi ilə bağlı planlarını bölüşüblər.

Mənbə: Azərbaycan Tatar İcması

 

Top