“Güclü və döyüşkəndir”.

“Radomyak”ın baş məqşçisi Joao Enrike Renat Dadaşov haqqında danışıb. İdman Arena xəbər verir ki, millimizin oyunçusu 1-2 gün əvvəl Polşa təmsilçisinə keçid etmişdir.
O bunları deyib: “Fürsət düşdü və biz bundan yararlandıq. Renat bizim komandada olanlardan fərqli xüsusiyyətlərə malik hücumçudur. O, Tapsoba və ya Perottidən fərqlidir. Renat daha çox rəqibin cərimə meydançasında olur. Çünki güclü və döyüşkəndir”.
Qeyd edək ki, 25 yaşlı forvard “Ankaragücü” klubundan bura keçid etmişdir.