“XƏZAN” jurnalının fevral (2025) sayı işıq üzü görüb

“XƏZAN” jurnalının fevral (2025) sayı
“Xəzan” ədəbi-bədii jurnalın yanvar-fevral (2025) sayı çapdan çıxıb. Sayca 64-cü (cari il üzrə birinci) nömrə sayılan 104 səhifəlik jurnal poeziya, nəsr və publisistik məqalələrlə zəngindir.
Xatırladaq ki, jurnal 2016-cı ildən çıxır. İlk sayı 23 fevral 2016-cı ildə işıq üzü görüb. Davamlı olaraq hər iki aydan bir nəşr olunub. Yazıçı, şair marağı və çapa hazırlanan materialların bolluğu nəzərə alınaraq bir neçə dəfə əlavə nömrələr hazırlanıb. Deməli, bu nömrə ilə jurnal fəaliyyətinin 9 ilini başa vurmuş hesab olunur. Onuncu ildə də nəşrini ənənəvi şəkildə davam etdirmək planlaşdırılır.
Jurnalın PDF variantı martın birində “YAZARLAR.AZ” və “BEYDEMİR.RU” saytlarına yerləşdiriləcək.
Sizə təqdim olunan jurnalın bu sayının YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
1.Redaktor guşəsi
-“Həqiqət niyə çılpaqdır?”
2.Publisistika
-Mahir CAVADLI – “Gecə döyülən qapılar” (Nəbi Xəzrinin yüz yaşına)
-Asya ƏHMƏDOVA – “20 Yanvar – Ümumxalq hüzn günü, yoxsa Müstəqillik uğrunda mübarizə günü?”
-Əli BƏY AZƏRİ – “Məhəmməd Əli yaradıcılığında Şərqlə Qərbin vəhdəti” (Şair Məhəmməd Əlinin 75 yaşına ərməğan)
-Ramiz İSMAYIL – “Məhərrəm Qasımlıdan Orxan Paşaya” (Aşıq yaradıcılığı barədə bir neçə söz)
-Ünbülbənü MUSAYEVA – “Tamara Sadıqqızının poetik dünyası”
-Əvəz KÜSKÜN – “Hər aşığın öz dövranı”
-Əli BƏY AZƏRİ – “Xosrov Natil – taleyini yazan şair”
-Mahir CAVADLI – “Neçə dövran görən şair” (Nizami Kolanılının yaradıcılığından)
-Əli BƏY AZƏRİ – “Ziyadxan Budaqdan on dördüncü budaq” (Şairin “Bax budur yaşamaq” şeirlər kitabı ilə baş-başa)
-Xuraman ZAKİRQIZI – “Ayaz İmranoğlunun “Komutan” romanı”
-Asya ƏHMƏDOVA – ““Həm də böyüklər üçün” (Əli Bəy Azərinin “Köhnə il hara gedir?” adlı uşaq hekayələri kitabı haqqında təəssüratlar)
-Lalə MAHMUDOVA – “Uzun gecə” (yada düşdü xatirələr)
-Nazliyəbanu BƏYMƏHMƏTOVA – “Xurşid Dəvranın “Pədərküş” şeirindəki tarixi həqiqətlər” (tərcümə Rəhman BABACANındır)
3.Poeziya
-Qüdsiyyə QÜDSİ – “Qəzəllər”
-Məhəmməd ƏLİ – “Payız ovqatı”, “Dağlarda qış”, “Günün mənzərəsi”, “Adsız şeirlər”, “Niyə gəlməz?”, “Köləlik”, “Yandırdı məni”, “Pəncərəmə çırpılan yağış” (şeirlər), “Ağacların dərdi” (hekayə)
-Orxan PAŞA (Məhərrəm QASIMLI) – “Vətəndən bir daş gəlsə”, “Özümlə könül söhbəti”, “Sazım”, “Halallıq”, “Səndən küsmüşəm”, “Közümü tapdım”, “Dəniz ovsunu”, “Başına döndüyüm”, “Bağrıma basdım”, “Yoxdu” (şeirlər)
-Tamara SADIQ – “Ay ata”, “Bilmədim”, “Giley”, “Analar”, “Məhv edirik dünyanı”, “Gileyliyəm bu dünyadan”, “Dərd”, “Sözün gücü”, “Küsəyənim necədir?”, “Boş qalıb”, “Yaman tələsirəm bu gediş üçün”, “Xocalım”, “Vətən” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər, qitələr, rübailər”
-Leylam LEYLAM – “Saldı dünyanı nəzərdən”, “Qəlbim dolu sevgiylə”, “Güldür”, “Xətainin qəzəlinə təxmis”, “Etmişəm”, “Əlican”, “Atlı Zeynəb” (şeirlər)
-Xosrov NATİL – “Ən uzun küçədi Təbriz küçəsi”, “Çox dəyərli dostlar”, “Camal Sureya”, “Qaşaltı”, “Kəndimiz” (şeirlər)
-Asya ƏHMƏDOVA – “Şəhidim”, “Dünya”, “Yağış”, “Ömrüm” (şeirlər)
-Nazlı İBRAHİMOVA – “Bir xəyal idi”, “Hələ nələr yarım qaldı”, “Məzar daşın cansız qalıb”, “Yaxşılara yaxşı da bax”, “Dərd çəkənin dərdi olur”, “Nədir bu gələn bəla?”, “Tut ağacı”, “Zaman ötür”, “Hədər”, “Mənim İlahə qızım”, “Heç yadından çıxarma”, “Axtarıram el-obamı” (şeirlər)
-Nizami KOLANILI – “Günahkar bilirlər səni, a dünya”, “Gəldim”, “Amandı”, “Sönüb od-ocağım, özüm yanıram”, “Sökülüb, dağılıb, virandı yurdum”, “Yandırır”, “O həsrət baxışlı gözünə qurban”, “Anamın laylası yadımdan çıxıb”, “Atanın qədrini sağ ikən bilək”, “Vətəndən uzaqda ölərəmmi heç?”, “Sevincdən yaş gəldi, ağladı gözüm”, “Gəlib bu halımı görmədin axı” (şeirlər)
-Natəvan ASLAN (MEHDİYEVA) – “Yandırır”, “Sarı tel üstə”, “Oğluma”, “Yolda düşünürəm”, “Bu çayın sahili”, “Ümid”, “Qorxu”, “Arxayınam, sevirsən”, “Döndü”, “Yenə bu payız” (şeirlər)
-Ziyadxan BUDAQ – “Nəsihət”, “Qoşma – ömrüm”, “Nə deyim sənə?”, “Anamın yoxluğu”, “Gəl”, “Ömürdən çox” (şeirlər)
-Samir İMANOV – “Azad insan”, “Biz bərabərik”, “Həyat”, “Mən və əlil arabam” (şeirlər)
-Əbülfəz ƏHMƏD – “Jurnalistə”, “Əsl şairə”, “Budaq Təhməzin Rafiq Odaya gileyi”, “Yaxşı yol”, “Ədalət”, “Üçmisralar”, “Dilbaz alimlərə”, “Çağdaş inkişaf”, “Nisgillərimin sonu”, “Dilçilik”, “Gördüm” (şeirlər)
-Zaur MƏZAHİR – “Ağsaqqal sözü”, “Dahi Məhəmməd Füzuliyə”, “Yaşıl dünya”, “Maqsud Şeyxzadəyə”, “Yaxşıdır”, “Gözün aydın, Azərbaycan”, “Kitab”, “Düz söz”, “Gündüz” (şeirlər)95
-Esmira GÜNƏŞ – “Xətrimə dəyən adam”, “Eşq olsun qonşulara”, “Yeni il (2025)”, “Küsüb ürəyim”, “Esmira Günəşin kitabları”, “Sürücü qardaş” (şeirlər)
4.Nəsr
-Səbuhi RƏHİMLİ – “Fevralın ilk günü” (hekayə)
-Ayaz İMRANOĞLU – “Alagöz” (hekayə)
-Səadət SULTAN – “Saatın əqrəbləri”, “Yağışda islanmayan adam” (hekayələr)
-Səlahəddin HÜSEYNLİ – “Ayrım” (hekayə)
-Əvəz KÜSKÜN – “Yazın ilk bənövşələri” (hekayə kimi əhvalat)
-Kərim ŞÜKÜRLÜ – “İntihar”, “Sol ayağım” (hekayələr)
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru