Weather Data Source: havadurumuuzun.com

Əfqanıstan müharibəsində həlak olanların xatirələri yad edildi

15 fevral 2025-ci il tarixində, Sovet Ordusunun Əfqanıstandan çıxmasının 36-cı ildönümü ilə əlaqədar Əfqanıstan müharibəsinin veteranları ilə iclas keçirərək, Əfqanıstan müharibəsində həlak olanların xatirələri yad edildi.
Iclasa başlamazdan əvvəl tədbir, Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev başda olmaqla, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların və Əfqanstanda Beynəlmiləlçilik missiyalarını yerinə yetirərkən həlak olmuş döyüşçülərin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Tədbir Azərbaycanın dövlət himmi ilə başlanılaraq davam etddi.
Əfqanstandan sovet qoşunlarının tərkibində çıxmış, Azərbaycan “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun prezidenti, Əfqanstan və Qarabağ müharibəsi veteranı Sərraf Orucov çıxış edərək, Əfqanıstan müharibəsi barədə məlumat verərək bildiririk ki, 25 dekabr 1979-cu il tarixindən 15 fevral 1989-cu il tarixinə kimi SSRİ-nin 40-cı ordusu Əfqanıstan ərazisində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyatlar keçirib. 10 il müddətində SSRİ-nin tərkibində olan keçmiş müttəfiq respublikalardan 68 millətin nümayəndələrindən ibarət 620 min hərbçi əməliyyatlarda iştirak edib. Bundan əlavə isə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət edib! Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olublar.
Əfqanıstan müharibəsində Azərbaycandan 8500 nəfər azərbaycanlı döyüşçü iştirak edib. Onlardan 218 nəfəri hərbi əməliyyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb.
Xüsusi ilə qeyd edərək xatırlatmaq istəyirik ki, 2 noyabr 1993-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqa müraciət edərək, Azərbaycan vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt, Əfqanıstan döyüşçülərindən 4000 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli döyüşçü kimi Ulu Öndərin çağırışına qoşularaq, Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil etmiş və Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşlər. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olmuş, 5 nəfəri isə itkin düşüb.
Əfqanıstan döyüşçülərindən 7 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 38 nəfər Azərbaycan Bayrağı Ordeni, onlarla döyüşçüsü isə müxtəlif döyüş medalları ilə təltif olunmuşlar.
Əfqanistan-Qarabağ veteran Müstəqil Dövlətlər Birliyinin döyüş əməliyyatları veteranı, Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nərimanov rayon təşkilatının sədri, Azərbaycan “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Himayəçilər Şurasının üzvü və Fondun Baş məsləhətçisi, ehtiyatda olan polkovnik Elşad Şabanov çıxış edərək bildirdi ki, Əfqanstanda keçirilmiş ilk hərbi əməliyyat “ALFA”- dəstəsi tərəfindən həyata kemirilmiş“Ştorm-333” (Əfqanıstan rəhbərliyinin qırğınsız–təlfatsız devirmək və sarayı tutmaq) əməliyatı uğurla yerinə yetirilmişdir. Ən böyük əməliyyatlardan biri isə “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərı mallarını manesiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib.
Əfqanıstanda döyüşlərdə və hərbi əməliyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olub, 292 nəfəri itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanıb. İtkilər bununla da bitməyib. Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişib.
Məlum Cenevrə razılaşmasına əsasən 40–cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanılıb və bu proses 15 fevral 1989-cu ildə başa çatməşdır.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti  “ALFA” Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olmuş, Azərbaycan bayrağı ordenli Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik, Azərbaycan “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun birinci vitse-prezidenti Hikmət Ağayev çıxış edərək qeyd etdi ki, Əfqanıstan müharibəsi veteranları, Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunun və Silahlı Qüvvələrinin yaranmasında xüsusi fəallıq göstərmişlər.
2020-ci il tarixlərində, 44 günlük davam etmiş Vətən müharibəsində, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Müzzəfər Ali Baş Komandanı Cənab İlham Əliyev Xalqa müraciyyət edəndə, Əfqanıstan və Qarabağ müharibəsinin təcrübəli veteran döyüşçüləri kimi, orduya könüllü yazılaraq Vətən müharibəsində “QARABAĞ AZƏRBAYCANDIR” şüarı ilə döyüşərək əbədi və əzəli torpaqlarımızın ermənilərdən azad edib şəhidlərimizin və dədə-babalarımızın ruhlarını şad etdik.
Ermənistanın dövlət və hökumət rəsmilərinin, 10 noyabr 2020 ci il tarixli üçtərəfli bəyanatna və sülh sazişininə xələl gətirərək pozmağa çalışırlar. Həmçinin, Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirildiyi bir vaxtda bu addım bəzi qüvvələrin prosesə zərbə vurmaq istəyirlər.
Əgər Ermənistan siyasi və hərbi rəhbərliyi 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın müddəalarına əməl etməyərək atəşkəsi pozarsa, o zaman biz Əfqanıstan müharibə veteranları yenə də Azərbaycan Silahlı Qüvələrinin Müzzəfər Ali Baş Komandanı Cənab İlham Əliyevin komandanlığı altında doğma Vətənimiz Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü şərəflə qorumağa hazırıq. Biz nəyin bahasına olursa olsun çoxsaylı şəhidlərimizin qanları bahasına azad etdiyimiz torpaqlarımızı göz-bəbəyimiz kimi qoruyaraq gələcək nəsillərə ötürməliyik.
“Müharibə veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə çıxış edərək bildirdi ki, Əfqanstan müharibəsi əfqanıstan veteranlarını üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik ali məktəbi olmuşdur. Məhs bu məktəbin sayəsində, Azərbaycanın Əfqanstan veteranları, Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş doyüşçü kimi, Döğma Qarabağımızda yağı düşmənlərə qarşı gedən Qarabağ müharibədə Əfqanstan veteranlarının cəsurluq, qorxmazlıq, mərdlikləri, fədakarlıqlar və igidlikləri göstərmişlər.
Bu gün də Əfqanıstan müharibəsi veteranları gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycanda “Vətənin müdafiəsinə hazıram!” devizi altında reallaşdırılmış tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasında, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsində yaxından iştirak edirlər.
Tədbirdə iştirak edən digər tədbir iştirakçılarından “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Himayəçilər Şurasının üzvü, Vitse-prezident Rasim Mirzəyev, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Himayəçilər Şurasının üzvü, Vətən müharibəsi veteranlarının Səbail Rayon şöbəsinin sədri Fəqan Nəsibzadə Əfqanstan Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Əfqanstan və Qarabağ müharibəsi veteranı Elməddin Osmanlı, Polkovnik Rasim İskəndərov və başqa çıxış edərək Əfqanstan və Qarabağ müharibəsi haqqında xatirələrindən danışaraq öz təkliflərini bildirdilər.
İclasda həmçinin son illər ölkəmizdə kommunal, ərzağ və nəqliyyat xərclərin artmasını nəzərə alaraq Əfqanıstan müharibəsi veteranlarının sosial və tibbi məsəlləri ilə bağlı müxtəlif təkliflər qəbul edilərək, baxılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevə müraciət edildi.
Tədbirin sonunda Azərbaycan Dövlət siyasətinin həyyata keçirilməsində, gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasında, şəhid aillərinə, müharibə qazilərinə, veteranlarına göstərdikləri diqqət-qayğıya görə “Dayaq Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək” İctimai birliyinin sədri Qalib Əliyevə, birliyin sədr müavini Məcid Məmmədov və başqa Əfqanstan, Qarabağ müharibəsi veteranlarına Fəxri fərmanlar və müxtəlif medallar təqdim edildi.
Tədbirin sonunda tədbir iştirakçılarının üçün xatirə şəkili çəkildi. Fotolar:

 

Azərbaycan Respublikası
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun
Mətbuat xidməti 15 fevral 2025.

Top