Weather Data Source: havadurumuuzun.com

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin 14-cü sayı işıq üzü görüb

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin (təsisçi Rəfail Tağızadə, baş redaktor Vaqif Osmanlı, rəssam Sehran Allahverdi) növbəti 14-cü sayı ədəbiyyatsevərlərin görüşünə gəlib.

Bu sayda Xalq şairi Nəbi Xəzrinin, Hikmət Məlikzadənin, Nurafizin, İldırım Əlişoğlunun, Vahid Çəmənlinin, Şahnaz Şahinin, Zeynalabdin Novruzoğlunun, Arzu Kazımqızı Nehrəmlinin, Nadir Qədimlinin, Mirzəcan Ağabalayevin, Sehran Allahverdinin, Əli Əlibəylinin, Elnur Uğurun, Nüsrət Musanın, Zülfü Həsənlinin şeirləri, Sevda Səfərlinin “Dağıdılmış abidənin fəryadı” bir pərdəli dramı, Eyvaz Zeynalovun “Tənnha nar ağacı, Zemfira Məhərrəmlinin “Sənə yanan varsa”, Ulduz Qasımın “Peşmanlıq”, Rəna Təbəssümün “Yaşayan sevgi”, Pərviz Yəhyalının “Çətir bulud” hekayələri və “Gecənin şahzadəsi” essesi çap olunmuşdur.

“Təhlil” bölməsində Xəyalə Ağayevanın “Sakura çiçəyinin ətri” ədəbi təhlili, Nicat Həşimzadənin “Musiqi məhəbbətinin əfsanəvi Arifi” və Vaqif Osmanlının “Həyat eşqi və intihar” esseləri, “Publisistika” bölməsində Rəfail Tağızadənin “Milli mənəvi sərvətimiz – Rafiq Əliyev” düşüncələri, “Cənnətim Qarabağ” bölməsində Azad Şükürovun “Kəpənək qanalı” yazısı, “Yeni kitabımız” bölməsində Vaqif Osmanlının “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabının işıq üzü görməsi münasibəti ilə təbrik, “Dünya ədəbiyyatı” bölməsində Umberto Ekonun “Qnu qnomları” hekayəsi, Belarus ədəbiyyatından Lyudmila Keviçin və Dmitriy Rodionçikin şeirləri oxuculara təqdim olunur.

Yazıları dərc olunan müəllifləri və “ƏDƏBİ OVQAT”sevərləri təbrik edir, uğurlar arzulayırıq. Dərgini əldə edib zövqünüzü uğurlu sözə kökləyin.

“ƏDƏBİ OVQAT” dərgisinin redaksiya heyəti

Top