Weather Data Source: havadurumuuzun.com

Azərbaycan Yazıçılar Birliyi “İynənin nəğməsi” adlı seçmə şeirlər toplusunu çap edib

QRIQORE VYERU-90

Bu il görkəmli rumın şairi, XX əsr Moldova ədəbiyyatının klassiki Qriqore Vyerunun 90 illik yubileyi həm Moldovada, həm də Ruminyada təntənə ilə qeyd olunur. Şairin əsərlərinə yeni qayıdış baş verir və onun əsərlərinin yeni tərcümələri ərsəyə gəlir, bir çox ölkələrdə şairin kitabları nəşr olunur.
Azərbaycan Yazıçılar Birliyi bu münasibətlə şairin “İynənin nəğməsi” adlı seçmə şeirlər toplusunu çap edib. “Şirvannəşr”də nəfis poliqrafiya ilə çap olunan kitabın titul vərəqində yazılıb:
“Kitab Azərbaycan Yazıçılar Birliyində Moldovanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində nəşrə hazırlanıb. Yaradıcı heyət əməkdaşlığa görə Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkoya, ön söz yazısına görə akademik, görkəmli rumın şairi İon Hadırkaya, kitabın ərsəyə gəlməsində dəstəyinə görə hüquq elmləri doktoru, tanınmış ictimai xadim Vüqar Novruzova, kitaba daxil edilmiş şeirlərin tərcüməsinə və nəşrinə lütfkarlıqla icazə verdiyinə görə şairin varisi Kelin Vyeruya, mətnlərin əldə olunmasında köməyinə görə Moldova Milli Kitabxanasının direktoru Yelena Pintileyə minnətdarlıq edir…”
Kitabın tərcüməçisi, redaktoru və son söz yazısının müəllifi, şair Səlim Babullaoğludur, onun tərcüməsində kitabda şairin yeni çevrilmiş 68 şeiri daxil edilib. Eyni zamanda, Xalq şairi Ramiz Rövşənin Vyeru yaradıcılığından çevridiyi daha 5 şeir, tanınmış uşaq şairi və tərcüməçi Qəşəm İsabəylinin çevrisində isə Vyerunun uşaqlar üçün yazdığı 12 şeir də kitabda yer alıb.
Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun və Vüqar Novruzovun giriş sözlərindən sonra görkəmi rumın şairi, akademik, Moldova Elmlər Akademiyasının vitse-prezidenti İon Hadırkanın Qriqore Vyeru yaradıcılığı barədə maraqlı essesi təqdim edilib.
Kitab üzərində Azərbaycan tərəfdən Emil Camalov (dizayn və səhiləmə), Məlahət Qənbərova (korrektor), Moldova tərəfdən isə tanınmış rumın ədəbiyyatçıları şair Nikolae Spetaru, ədəbiyyatşünas, filologiya elmləri doktoru Miroslava Metlyayeva çalışıblar.

“Ədəbiyyat qəzeti” bu sayında şairin haqqında geniş bioqrafik məlumatı və şeirlərindən nümunələri, akademik İon Hadırkanın və Səlim Babullaoğlunun yazılarını, səfir Aleksandr Esaulenko və Vüqar Novruzovun giriş yazılarını oxucularımız üçün təqdim edib.
Sabah köşklərdən ala bilərsiniz…

https://edebiyyatqazeti.az/news/diger/12847-edebiyyat-qezetinin-bu-sayinda

Mənbə: Salim Babullaoglu

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top