Weather Data Source: havadurumuuzun.com

Ceyhun Məmmədov tövsiyə edir

Dəyərli gənclər, tövsiyələrimi yenidən sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:

  1. “Məndən ötdü kimə dəyir dəysin” düşüncəsi ilə yaşayanlardan olmayın. Bilin ki, sizdən ötən bir gün sizə də dəyəcək.
  2. “Dünyanı düzəltmək sənə qalmayıb”, “Palaza bürün el ilə sürün” deyənlərə çox fikir verməyin. Bəzən bir insan bütün dünyanı düzəldə ya da məhv edə bilir.
  3. “Dünya beş günlükdür nə qədər ki, varsan kef elə” deyənlərə qulaq asmayın. Dünya müvəqqəti olsa da hesabı çox ağırdır. Çalışın, daha çox yaxşı əməl sahibi olun.
  4. Bir gün hər kəsin əkdiyini biçəcəyini unutmayın. Ona görə nə isə əkəndə baxın nə əkirsiniz. Sonrakı peşmançılıq fayda verməyəcək.
  5. Yaşadığımız dünyanın müvəqqəti olduğunu unutmayın. Hələ heç kim bu dünyadan o dünyaya əməldən başqa heçnə aparmayıb.
  6. Hansı vəziyyətdə və şəraitdə olmağınızdan asılı olmayaraq prinsip və dəyərlərinizə hər zaman sadiq olun.
  7. Hər zaman dürüst və səmimi olun. Həyatda uğurun başlıca şərtlərindən birinin dürüstlük və səmimilik olduğunu unutmayın.
  8. Heç zaman Allahı unutmayın. Allahın qəzəbinə səbəb olacaq əməllərdən hər zaman uzaq olun.
  9. Bütün işlərinizi vicdanla və insafla görün. Heç zaman vicdanınıza və peşənizə xəyanət etməyin.
  10. Heç zaman pisliyə pisliklə cavab verməyin. Hər kəsin bir gün etdiyi yaxşı və pis əməllərin cavabını alacağını unutmayın.

Mənbə və müəllif: Ceyhun Məmmədov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top