Weather Data Source: havadurumuuzun.com

Ankarada mübarək görüş

Dr. Rəhim Cavadbəyli təhsilini İran, Azərbaycan və Türkiyədə başa vurub. O, Azərbaycanda AMAKA İnstitutunda Hüquq və Beynəlxalq Hüquq üzrə bakalavr və ilk magistr təhsilini başa vurub. Türkiyənin Qazi və Hacı Bayram Vəli Universitetlərində Beynəlxalq Münasibətlər üzrə ikinci magistr və doktorantura təhsilini başa vurub. O, geniş arxiv təhqiqatlarını aparmışdır; Türk, fars və qismən ərəb tarixi mətnlərində üstünlük təşkil edir. 25 ildir ki, siyasət tarixini araşdırır. İran, Qafqaz, Yaxın Şərq, bütövlükdə Qərbi Asiya və Türk dünyası sahələrində dərin biliklərə malik mütəxəssis, siyasi tarixçi və strateq, eyni zamanda Xorasan /Azərbaycan Sivilizasiyası Yaradan Mədəniyyət Hövzəsi ideyasının müəllifidir.
İran Türklərinin tanınmış və mühüm siyasi simalarından biridir.
Bursaya Uzanan Ədəbiyyat Yolunda Dostluq və Qardaşlıq İstiqlalı
Türkiyənin Bursa şəhərində keçiriləcək ədəbiyyat şöləninə qatılmaq üçün altı nəfərlik bir heyətlə yola çıxmışıq. Bu şölən bizim üçün böyük bir hadisədir, çünki qardaş ölkənin mədəniyyət mühitində iştirak etmək və Azərbaycan ədəbiyyatını təqdim etmək şansı qazanmışıq.
Səfərimiz Ankaradan başladı. Uçaqla eniş etdikdən sonra metrobusa minib Bursaya doğru yol aldıq. Bu zaman bizi unudulmaz bir qarşılanma gözləyirdi. Hörmətli siyasətçi, araşdırmaçı və alim Rahim Cavadbəyli bizi dostları ilə qarşıladı. Rahim bəy Təbrizlidir və hazırda Türkiyədə yaşayır. O, bizim Bursaya gedəcəyimizdən əvvəlcədən xəbərdar idi və bu səbəbdən bizi qarşılamaq üçün təşəbbüs göstərmişdi.
Rahim bəyin isti münasibəti, diqqət və hörməti bizi dərin təsir altında qoydu. Onunla görüşdə bir daha şahid olduq ki, Azərbaycanın və Türkiyənin mədəni əlaqələri təkcə tarixi bir miras deyil, həm də canlı bir dostluq körpüsüdür. Söhbət zamanı Rahim bəyin geniş biliyi, Təbrizin mədəni irsi və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı söylədikləri bizi çox təsirləndirdi.
Bursa yolunda bizi belə dostluq və qardaşlıq hissləri ilə yola salmaq həm yolçuluğumuzu mənəvi baxımdan zənginləşdirdi, həm də bu səfərin nə qədər dəyərli olacağını bir daha göstərdi. Bu diqqət və səmimiyyət bizə unudulmaz bir təəssürat bəxş etdi.
Bursa şəhərindəki ədəbiyyat şölənində Azərbaycanın zəngin ədəbi irsini qardaş Türkiyənin ədəbiyyatsevərlərinə təqdim etmək üçün səbirsizliklə gözləyirik. Yolumuzda qarşılaşdığımız bu səmimiyyət və dostluq isə bizə daha böyük ilham verdi.
Eyni zamanda, Rahim Cavadbəylinin Azərbaycan mədəniyyətinə və dostluq münasibətlərinə göstərdiyi diqqəti yüksək qiymətləndirmək məqsədilə Bakıda onun üçün xüsusi bir seminar təşkil etməyi planlaşdırırıq. Bu seminar onun zəngin araşdırmalarına, quzeyli-güneyli bütöv Azərbaycana, umumiyyətlə İran ve İran Türklüyünə ve Avrasyanın mədəniyyət mərkəzi Təbrizə və Azərbaycan-Türkiyə əlaqələrinə dair dəyərli fikirlərini bölüşmək üçün mükəmməl bir platforma olacaq. İnanırıq ki, bu tədbir elm və mədəniyyət dünyasında yeni bir dialoqun başlanğıcı olacaq. Hörmətli Rəhim Cavadbəyli bir Azərbaycan alimi olaraq ortaya qoymuş olduğu Azərbaycan/Xorasan Sivilizasya yaradan Mədəniyyət Hövzəsinə dair doktrini, Azərbaycan dövlətini ve xalqını sadəcə bir Qafqazya xalqı və dövləti olaraq deyil, Avrasyanın mədəniyyət qütbü kimi çıxış etməsinə teorik zəmində şərayit yaradacaq bir dünya görüşüdür.
Rahim Cavadbəyliyə və bizi sevgi ilə qarşılayan dostlarına dərin təşəkkürümüzü bildiririk. Bu səfər bizim üçün sadəcə bir yolculuq deyil, həm də mədəniyyətin və dostluğun möhtəşəm bir təzahürüdür.
Yazıçı: SONA ABBASƏLİQIZI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top