Weather Data Source: havadurumuuzun.com

Hörmətli cənab Prezident İlham Əliyev, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm!

Hörmətli cənab Prezident İlham Əliyev,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Ölkəmizin inkişafı, xalqımızın rifahı və dövlətimizin güclənməsi yolunda göstərdiyiniz əzmkar fəaliyyət hər birimizin qürur mənbəyidir.

Sizin uzaqgörən liderliyiniz və dərin müdrikliyiniz Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək istiqamətində atılan addımların uğurla həyata keçirilməsinə zəmin yaradır. Həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirməkdə göstərdiyiniz yorulmaz səylər bütün xalqımız tərəfindən yüksək qiymətləndirilir.

İlham Əliyev

Allah izin verdi,
Dünyaya sübut etsin
Türkün gücünü,
İlham Əliyev.

Haqq ədalət yolunda,
Haqqa üz tutdu,
Zəfərə səslədi
İlham Əliyev.

İllərdi qurdu,yaratdı,
Tanıtdı dünyaya,
Azərbaycanı.
İlham Əliyev.

Oyanış səsini
Dünyaya yaydı.
Yeni tarix yazan
İlham Əliyev.

Sənin kimi fatehi
Allah yetirdi bizə.
Haqq, ədalət carçısı
İlham Əliyev.
04.11.2020.
Pərvanə Salmanqızı.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Doğum gününüz mübarək olsun!

Ən dərin hörmət və ehtiramla,
Pərvanə Salman qızı Abdullayeva
“Zəfər Yolu “İctimai birliyinin sədri, zefernews.az saytının rəhbəri, jurnalist, şairə-publisist,Winners Akademiyanın Rəhbəri.

Top