Zəhra Həşimova yazır

Fərabinin “Varmısan ki, yox olmaqdan qorxursan?” İfadəsi
Fərabinin “Varmısan ki, yox olmaqdan qorxursan?” ifadəsi varlıq və heçlik arasındakı insan əlaqəsini şübhə altına alan dərin fəlsəfi məna daşıyır. Bu sitat Fərabinin varlığı dərk etməsi və insanın varlıqdan qorxu və narahatlığı haqqında təsəvvür yaradır. Fərabinin fəlsəfəsi, xüsusən də “maarif” və “elm” kimi məfhumlar insanın düzgün biliyə çatmaq səyi və onun nəticələri ilə bağlıdır. Fərabi İslam fəlsəfəsinin mühüm mütəfəkkiri kimi insanın həqiqi biliyə yiyələnməsinin onu tamamilə doğru və həqiqi yaşamağa aparacağını müdafiə edir. Onun fəlsəfəsində elm insanın ali varlıq olmasına, fəzilətli həyat sürməsinə və son nəticədə həm fərdi, həm də ictimai səviyyədə “əsl xoşbəxtliyə” nail olmağa kömək edəcək bir vasitədir.

Fərabinin fikrincə, elm insanın həm fərdi, həm də ictimai inkişafı üçün əsas vasitədir. Elm insanları zülmətdən və cəhalətdən çıxaran, nura aparan bir yol olaraq görülür. Bu mənada mərifət təkcə elm sahibi olmaq deyil, həm də insanın əxlaqi-mənəvi yetkinləşməsi, fəzilətli həyat sürməsidir. Fərabi deyirdi ki, insan biliyə çatmaq üçün həm ağıldan, həm də intuisiyadan istifadə etməlidir. Onun fəlsəfəsində ağıl insan ruhunu ali biliyə aparır və bu bilik onu həm yer üzündə, həm də ondan sonrakı həyatda doğru yola yönəldir. Fərabi biliyi təkcə nəzəri deyil, həm də əməli bir güc kimi qiymətləndirir. O, bilik və hikmətin vacibliyini vurğulayaraq, insanın özünü tanıması və ətraf dünyasını anlamağı üçün fəlsəfi düşüncənin inkişaf etdirilməsinin zəruriliyini qeyd edir. Aydınlanma, insanın düşüncə azadlığı və intellektual müstəqilliyi ilə bağlıdır, bu da onun öz varlığını şüurlu şəkildə yaşamasına imkan tanabi, əsl bilik və anlayışın insanı aydınlatdığını, onu daha yüksək bir mənəvi və intellektual səviyyəyə qaldırdığını düşünürdü. Bu kontekstdə, insanın öz varlığını qəbul etməsi və bilik əldə etməsi, onun ölümsüzlük arzusunu aradan qaldırmağa kömək edir. Beləliklə, ilmin və aydınlanmanın fəlsəfəsi, insanın həyatı və varlığı ilə bağlı dərin suallara cavab tapmağa yönəlir.

“Varmısan ki, yox olmaqdan qorxursan?” sualı varlıq və heçlik arasındakı əlaqəni sorğulayan düşüncədir.Fərabi fəlsəfəsində insanın varlığı dərk etməsinə varlıq və yoxluq arasında keçid və insanın öz varlığının mənasını axtarmaq daxildir. Varlıq Fərabi üçün bir növ fəzilətdir. Varlıqla həmahəng yaşamaq, onu ali elmlə qarışdıraraq saleh həyat sürmək insana nəfsinin arzuladığı fəzilət halını tapmağa imkan verir.Bu suala başqa prizmadan baxdıqda, yoxluq qorxusu həm də insanın məna axtarışını və həyatda məna tapmaq səyini simvollaşdırır. İnsan şüurlu bir varlıq olaraq ölüm və yoxluq qarşısında özünü anlamlandırmaq istədiyi üçün varlıqdan narahatdır. Fərabi fəlsəfəsində bu nigaranlığı düzgün bilik və fəzilətli həyatla aradan qaldırmaq olar. Yəni insan həqiqi biliyə malik olduqda varlıq və yoxluq qorxusuna qalib gələ bilər. Onun üçün məna varlığın özündə gizlidir. Fərd öz varlığını şübhə altına alanda, özünü tanıyanda həyatının mənasını tapa bilir.İnsanın daxili səyahəti varlıq və yoxluq haqqında düşünməyi tələb edir.
Nəticə etibarilə Fərabi fəlsəfəsi insanın varlıq şüuruna, bilik axtarışına və məna axtarışına dərin perspektiv təklif edir. Onun əsərləri bu gün də fəlsəfi araşdırmalar aparmaq istəyənlər üçün zəngin mənbə təşkil edir. Fərabinin fikrincə, elm təkcə əqli fəaliyyət deyil, həm də insanın mənəvi-əxlaqi inkişafını təmin edən bir yoldur. “Varmısan ki, yox olmaqdan qorxursan?” sualı insanın varlıqla əlaqəsini, məna axtarışını, varlıq və yoxluq arasında tarazlıq yaratmaq cəhdini ortaya qoyur. Fərabi fəlsəfəsi bu təşviş və qorxuların ancaq düzgün bilik, əxlaqi fəzilət və həyatı yüksək dərk etməklə aradan qaldırılacağını müdafiə edir.
Müəllif: Zəhra HƏŞİMOVA
“ARİSTOTEL POETİKASI” RUBRİKASI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru