Sübhnur Tədris Mərkəzində “Qarabağ Zəfəri” adlı tədbir keçirilib

Sübhnur Tədris Mərkəzində “Qarabağ Zəfəri” adlı tədbir keçirilib.
Zefernews.az xəbər verir ki,
Tədbirin açılışını Sübhnur Tədris Mərkəzinin direktoru Gülnarə Hüseynova edib. Çıxış edərək dəyərli məsləhətlərini verdikdən sonra, sözü tədbirin layihə rəhbəri Aysel Xasməmmədovaya və aparıcı Abdulla Ağamirzəzadəyə verdi.

Tədbirdə uşaqları vətənpərvərlik mövzusunda maarifləndirmək məqsədilə qazilərlə görüş təşkil olundu.
Hər bir uşaq ayrı-ayrılıqda öz şeirləri ilə çıxış etdilər.

Qazilərimiz öz qəhrəmanlıqlarını uşaqlara danışaraq izah etdilər. Tədbirdə uşaqların şeirləri ilə yanaşı maarifləndirici videoçarxlara eyni zamanda musiqilərə yer verilmişdir. Hər bir iştirakçıya sertifikat təqdim edildi. Sonda qazimiz Ülvi Qədiri doğum günü münasibəti ilə Sübhnur kollektivi adından təbrik etdik. Qazilərimizlə həmsöhbət olmaq həm kiçik yaşlı nümayəndələrimizdə eyni zamanda Sübhnur kollektivində xoş təəssürat yaratdı. Əməyi keçən hər kəsə minnətdarıq.



