Gənclər və İdman Naziri Səlyan və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edib

Gənclər və idman Naziri Səlyan və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Zefernews.az xəbər verir ki,
Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov avqustun 21-də Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Salyan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Salyan Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.