Weather Data Source: havadurumuuzun.com

BMU-nin tələbəsi qəfil dünyasın dəyişib

Bakı Mühəndislik Universitetinin II kurs tələbəsi Aydan Umarova vəfat edib.­

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Universitetləri məlumat yayıb.

Bildirilib ki, Aydanın Oğuz rayonunda yaşadığı evdə halı qəflətən pisləşib.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Əldə olunan məlumata görə, 18 yaşlı A.Umarova son 1 ayda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş.

O, düzgün qidalana bilmədiyi üçün təzyiq düşməsi səbəbindən vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Top