Weather Data Source: havadurumuuzun.com

HEYDƏR ƏLİYEV VƏ ŞUŞA XATİRƏLƏRİ

Ulu Öndər Heydər Əliyev Şuşa xatirələri haqqında çıxışlarında dönə dönə vurğulayardı .Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir Şuşa.

Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar.

Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi.

Ümummilli Lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə Azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, Azərbaycanlıların milli ruhu güclənirdi. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azaddır.Azərbaycan xalqı hər zaman torpağına,mədəniyyətinə ,incəsənətinə, xalqına müstəsna xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini yüksək ehtiramla xatirəsini yad edir.”Zəfər yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin sədri Pərvanə Salmanqızı Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə silsilə tədbirlər təşkil edir.

Zəfərnews.az xəbər verir ki,16 may tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxanası, “Zəfər Yolu” Müharibə iştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyi ,158 nömrəli tam orta məktəblə birlikdə “Heydər Əliyev və Şuşa xatirələri” adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.”Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salmanqızı,kitabxananın əməkdaşı İradə Hüseynova çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi xalqımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Şuşa şəhərinin tarixindən, Ali Baş Komandanın rəhbərliyi və ordumuzun qəhrəmanlığı sayəsində Şuşanın işğaldan azad olunmasından, bu qədim şəhərin Azərbaycanın mədəniyyət beşiyi olmasından danışıb.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev siyasətindən, Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə dağıntılara məruz qalmış tarixi abidələrdən, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun böyük Zəfərə imza ataraq, bizə qələbə sevinci yaşatmasından söhbət açıblar.

Bədii hissədə opera ifaçısı, türk dünyasının dərvişi İlham Əsgəroğlu “Çırpınırdın, Qara dəniz” “Ala göz” mahnılarını ifa edib. “Zəfər Yolu “Müharibə Iştirakçılarına və Şehid Ailələrinə Humanitar Dəstək Ictimai Birliyinin sədri ,Zefernews .az sayıtının rəhbəri , jurnalist,şairə -publisist Abdullayeva Pərvanə Salman qızı “Zəfər Yolumuz”adlı şeirini səsləndirib.Eyni zamanda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda monoloq və şeirlər, ədəbi-bədii kompozisiyalar səsləndirilib.

Tədbirdə “Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Hümanitar Dəstək İctimai Birliyinin fəxri üzvləri iştirak edirdilər :Kəşfiyyatçı Baxışov İlham baba oğlu,Əhmədov Hacıbala,Qazi Leytenant Atakişiyev Səməd Fərrux oğlu,Qazi Yunisov Akif Məmməd oğlu.Qazi Hacıyev Saleh Hacı oğlu Abşeron Qazilər üzrə sədri ,20 yanvar Ictimai Birliyinin sədri Vetaran qazi Sultan Əzimzadə,Azərbaycan Yazıçılar Birliyinin üzvü Leyla Mətn ,Azerbaycan Jurnalistlər Birliyinin üzvü, gənc yazar Sevindik Nəsibov .”Uguryolu.az sayıtının təsisçisi şairə Raziyə Kamilqızı ,Xeyriyyeçi Şükufə Qarabağlı,Opera sanatçısı İlham Əsgərov,Vətənpərvər qızımız Nilay Qarayeva

158 Nömrəli məktəbin şagirdləri,

Sevinc Şuşalı,Sevinc Bəxtiyar iştirak edirdilər.

Tədbirdə “Heydər Əliyev və Şuşa xatirələri” adlı videoçarx nümayiş olunub.

Sonda Mərkəzi Kitabxananın mövHeydər Əliyev və Şuşa Xatirələrizu ilə əlaqədar təqdim etdiyi sərgiyə baxış keçirilib və Ulu Öndər Heydər Əliyev muzeyi və büstü ziyarət edilib.

Zəfərnews.az

Aygün Məmmədova

Top