Böyük Vətən Müharibəsi zamanı Dəniz qoşunlarının sərhəd qoruma aviasiya hərbi hissəsində kiçik leytenant Hüseyn Bala oğlu Əliyev də xidmət edib qəhrəmancasına şəhadətə yüksəlib.

Zəfərnews.az xəbər verir ki,Leninqrad vilayəti,Lomonosov rayonu, Nizino qəsəbəsi ərazisində Böyük Vətən Müharibəsi zamanı Dəniz qoşunlarının sərhəd qoruma aviasiya hərbi hissəsi yerləşib.Həmin hərbi hissədə azərbaycanlı balası kiçik leytenant Hüseyn Bala oğlu Əliyev də xidmət edib.23.07.1941-ci ildə Hüseynov növbəti döyüş tapşırığından bazaya qayıdarkən 3 düşmən təyyarəsi ilə qeyri bərabər döyüşə girərək 2 düşmən təyyarəsini məhv edir.Artıq döyüş sursatının qurtardığını görən azərbaycanlı Şahin düşmənin üzərinə tarana gedərək onu da məhv edir.Amma düşmən Hüseynin sursatı qurtardığını görərək ona ilk atəş açır. Hüseyn təyyarəsini bazanın 3-4 km-k məsafədə yerə endirir, köməyə gələn heyətə və komandirinə” döyüş tapşırığı yerinə yetirildi” deyərək gözlərini əbədi yumub.Sonra Hüseyn dəlik deşik döyüş maşınından çıxaranda məlum olub ki, o 33 güllə yarası alıb.Ölümündən sonra Lenin ordeninə layiq görülüb. Hüseyn Bala oğlu Əliyev xidmət etdiyi hərbi hissədə şəhid olan digər döyüşçülərlə qardaşlıq məzarında dəfn olunub.SSSRİ dağılandan sonra həmin hərbi hissə ləğv olunub, o qardaşlıq məzarı da unudulmağa başlanmışdı. Məhz biz Azərbaycan ziyalılarının təkidi və şəxsi vəsaiti hesabına həmin məzarlıq 2021-ci ildə yenidən restavrasiya olundu, əsas çətin işi isə Əlövsət adlı azərbaycanlı arxitektorumuz həyata keçirtdi.Hər il olduğu kimi biz 9 May günü biz qardaşlıq məzarına uyuyan qəhrəman Azərbaycan övladının məzarını ziyarət edirik və yerli administrasıyadan, orada dəfn olunan digər 46 şəhidin yaxınlarından ancaq xoş sözlər, təşəkkürlər eşidirik.
Zəfərnews.az