Cihangir NOMOZOV – Məhəbbət
Oxuma və müşahidə
MƏHƏBBƏT – İNSANIN İBTİDASI…¹
Məhəbbət belə bir ilahi duyğudur ki, onun qüdrəti hər hansı bir qəlbi işıqlandırıb, ona mənalı bir dəyər bəxş edir. O, şahı dilənçiyə, dilənçini isə şah edər. İnsan üçün məhəbbət duyğusunu düzgün başa düşmək və hiss etmək həyatın ən əsas məzmunudur. Çünki məhəbbət – insanın qəlbinin ibtidasıdır. Hər şeyin başlanğıcı məhəbbətdir. Hər birimizin arzularımız, həyatımıza olan istəklərimiz qəlbimizdəki məhəbbətdən güc alır. Dünyanı saxlayan yeganə və qüdrətli qüvvə məhəbbətdir, buna heç bir şübhə yoxdur. Bu həqiqəti şairin qələmindən çıxan aşağıdakı beyitlər gözəl şəkildə ifadə edir:
Kim dünya ötücüdür,
Kim isə əbədi deyir.
Kim çın məhəbbəti anlayıbsa,
O, özünü tapmışdır, əlbəttə.
Dünyanı saxlayan,
Yeganə qüvvə məhəbbətdir.
Bəli, bu dünyada məhəbbəti anlayan insan özünü tapmış insandır. Məhəbbət yalnız bir qızla oğlan arasındakı münasibət deyil. O, Yaradanə olan məhəbbət, ana və torpağa olan sevgi, insanlığa olan sədaqətdir.
O, insanların qəlblərini mənəvi zəncirlərlə birləşdirir, bu zəncirlər isə yalnız xoşbəxtlik, nur və yaxşılıq, kamillik yolunda aparır. Əslində, məhəbbət bütün varlığı əhatə edir. O, müxtəlif görünüşləri ilə həyatı məzmunlu edir. Hər bir insan məhəbbəti öz qəlbi və təsəvvüründə fərqli şəkildə hiss edir. Amma heç kimə məhəbbətsizlikdə ittiham etmək olmaz. Çünki hər bir qəlbdə məhəbbət mövcuddur, sadəcə onu hiss etmə, anlama və dəyərləndirmə səviyyəsi fərqlidir. Həyatımızın özü Yaradanın bizə olan böyük məhəbbətinin sübutudur. O, bizə nəfəs verdi, həyat nemətini bəxş etdi və bu dünyada varlığı hiss etmə imkanını verdi. Buna görə də, məhəbbət yalnız görməkdən daha çox hiss etməklə qəlblərimizə daxil olan ilahi duyğudur. Əgər həyatımıza olan məhəbbətimiz olmasaydı, bizi bu dünyada heç bir şey saxlamazdı. Məhəbbət – insanın ibtidasıdır. İnsanın yaradılışı, onun yaşamaq istəyi, məqsəd və arzuları – hər şey məhəbbətdən irəli gəlir. Həyatımızdakı hər bir hərəkətin mərkəzində məhəbbət dayanır. Ulu şair Yunus Əmrə də bu barədə belə demişdir:
“Biz dünyaya lovğalanmaq üçün gəlməmişik. Biz məhəbbət üçün, başqalarının sevgisini qazanmaq, varlıqları yaxşı görmək, yaradılanlara mərhəmət və məhəbbət göstərmək üçün gəlmişik.”
MƏHƏBBƏT MADDİYYATLA ÖLÇÜLÜRMÜ? ²
Bugünkü gündə insanlar məhəbbətin ilahi mahiyyətini unudub, onu maddiyyətlə ölçməyə alışmışlar. Qəlbin ən pak duyğuları pul və var-dövlətin əlində qul olur. Bu isə insanın qəlbindən səmimiyyəti alır və onları mənəvi kasıblığa aparır. Məhəbbət – ilahi bir duyğudur, onun qüdrətini maddiyyatla ölçmək mümkün deyil. O, insan qəlbinin ən incə, ən pak zənciridir və hər hansı bir hissdən yuxarıdır. Amma təəssüf ki, dünyada elə insanlar da var ki, məhəbbəti öz maraqları üçün qurban verirlər. Məhəbbəti maddiyyatla ölçməyə çalışmaq – onun əsl mahiyyətini başa düşməməkdir. Çünki həqiqi məhəbbət yalnız məhəbbət ilə cavablanar. Qəlbdən verilən sevgi qəlbdən cavab alar. O, maddi var-dövlət deyil, amma qəlbin təmizliyi, sədaqəti və sadiq hisslərlə qiymətləndirilən bir duyğudur. Həqiqi məhəbbətdə heç bir maraq və şəxsi fayda yer almaz. O, qəlbləri birləşdirir, həyata mənalı bir dəyər bəxş edir və insanı yüksəkliklərə aparır. Sevgi yalnız insanlara deyil, həm də varlığın hər bir tərəfinə qarşı ən yüksək hörmətdir. Biz yaradılan hər bir varlığa məhəbbət və mərhəmət göstərməklə öz həqiqi mahiyyətimizi tapırıq. Çünki məhəbbət – bu, Yaradanın bizə olan ən böyük lütfüdür. Həyata məhəbbət ilə baxan insan onun gözəlliyini hiss edir. Qəlbimizdə məhəbbət işığını yandırsaq, bu işıq yalnız özümüzü deyil, bütün ətrafımızı işıqlandırar. Çünki həyatın ən böyük dərsi və ən gözəl ibtidası məhəbbətdir. Maddi dünyadan çıxıb, mənəviyyat yoluna gedən insan yalnız həqiqi xoşbəxtliyə nail ola bilər. Çünki dünyanı saxlayan, onu əbədi yaşadacaq yeganə qüvvə – məhəbbətdir.
SEVGI SƏNƏTİ ³
Erich Frommunun “Sevgi Sənəti” kitabı — sevgi anlayışının ən dərin təhlili və izahıdır. Müəllif bu kitabda sevgini yalnız şəxsi hissiyat kimi deyil, həqiqi bir sənət olaraq təqdim edir.
Sevgi burada sadəcə bir emosional hal deyil, insan həyatını mənalı və mənəvi zənginliklə dolduran mənalı bir proses kimi qəbul edilir.
Kitabda sevginin nəzəriyyəsi bir neçə mühüm tərəfi ilə açıqlanır.
Ata-ana və uşaq sevgisi, dostluq, Tanrıya məhəbbət, insanpərvərlik əsaslı sevgi kimi müxtəlif formalar ayrılıqda işlənir.
E. Frommun fikrincə, sevgi yalnız təbii deyil, həm də sosial və mənəvi bir sənətdir.
Müəllif sevginin insanın ən yüksək və böyük qabiliyyəti olduğunu vurğulayır və onu əldə edilə biləcək mükəmməllik olaraq görür.
Əsərdə sevginin nəzəri və praktik tərəfləri qarşılıqlı şəkildə dərin təhlil edilir. Müəllif insanlar arasında səmimi münasibətlərin zəifləməyə başlamasına diqqət yetirir. O, sevginin maddiləşməsi və ona yanlış yanaşmalar barədə danışarkən, insanın qəlbindəki həqiqi hisslərin necə düzgün formalaşmalı olduğunu misallar vasitəsilə izah edir.
Məsələn, insanlar sevgini maddi şeylər, güc və ya şəxsi maraqlarla dəyişdirəndə, onun mahiyyətinin itirildiyini aydın misallarla təsvir edir.
Kitabın hər bir fəslində oxucunu sevgi anlayışına fərqli bir yanaşmağa çağırır. Müəllifin vurğuladığına görə, sevgi şəxsi, sosial və mənəvi bir sənətdir. Onun nəzəri tərəfini başa düşməklə yanaşı, praktik tərəfini də həyatda tətbiq etmək vacibdir.
Kitabı oxuyan şəxs sevgi anlayışına münasibətini yenidən gözdən keçirəcəkdir. O, öz hisslərinin mənəvi savadını artıracaq və sevginin insan həyatındakı mərkəzi yerini dərin hiss edəcəkdir. Əsər insanlara öz səhvlərini anlamağı və sevgi vasitəsilə onları aradan qaldırmağı öyrədir. Müəllifin fikrincə, həqiqi sevgi insanın həyatının mənəvi məzmununu müəyyən edir, onun qəlbini zənginləşdirir və həyatına olan baxışını yüksəldir.
Erich Frommunun “Sevgi Sənəti” əsəri hər bir oxucunu sevgiyə yeni bir gözlə baxmağa və onun mahiyyətini dərinliklə anlamağa təşviq edir. Bu kitab yalnız fəlsəfi və ya psixoloji bir əsər deyil, həm də insanın mənəvi yüksəlişi üçün mükəmməl bir rəhbərdir.
Müəllif: Cihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru