Weather Data Source: havadurumuuzun.com

Novruzun Baharı, Ramazanın Nuru – Ruhun və Təbiətin Müqəddəs Oyanışı

Novruzun Baharı, Ramazanın Nuru – Ruhun və Təbiətin Müqəddəs Oyanışı

Tarixin dərin qatlarından süzülüb gələn elə bayramlar var ki, onlar yalnız bir günün, bir ayın deyil – bütöv bir xalqın yaddaşının, ruhunun və mənəvi dünyasının təcəssümüdür. Bu baxımdan Novruz Bayramı və Ramazan Bayramı təkcə təqvimdə qeyd olunan günlər deyil, insanın özünə dönüşünün, saflaşmasının və yenilənməsinin iki müqəddəs mərhələsidir.
Novruz Bayramı – təbiətin oyanışı, həyatın yenidən doğuluşudur. Qədim türk dünyasından, zərdüştilik inanclarından süzülərək bu günümüzə qədər gəlib çatan Novruz, torpağın nəfəs aldığı, suların coşduğu, ağacların tumurcuqlandığı bir başlanğıcdır. Bu bayramda insan da təbiətlə birlikdə yenilənir – qəlbindəki küskünlükləri yandırır, kin və nifrəti sanki tonqallarda külə çevirir. Dörd çərşənbənin – suyun, odun, yelin və torpağın müqəddəs ardıcıllığı bizə həyatın əsas ünsürlərini xatırladır: varlığın kökü, nəfəsi və gücü.
Novruz süfrəsi yalnız nemətlərin bolluğu deyil – o, birliyin, paylaşmağın və ailə istiliyinin simvoludur. Səməni yaşıl ümidləri, boyanmış yumurtalar həyatın rəngarəngliyini, şirniyyatlar isə həyatın şirinliyini təcəssüm etdirir. Bu bayram insanlara deyir: “Hər qaranlıq qışın ardından mütləq bir bahar gəlir.”
Digər tərəfdən, Ramazan Bayramı – ruhun saflaşması, nəfsin tərbiyəsi və ilahi mərhəmətin təntənəsidir. Müqəddəs Ramazan ayı boyunca insan yalnız ac qalmaqla deyil, həm də düşüncələrini, davranışlarını saflaşdırmaqla özünü sınayır. Səbir, mərhəmət, paylaşmaq və yardımlaşmaq bu ayın əsas dəyərləridir. Ramazan insanın iç dünyasında bir inqilab yaradır – onu daha mərhəmətli, daha anlayışlı və daha şükür edən edir.
Ramazan Bayramı isə bu mənəvi yolçuluğun mükafatıdır. Bu gün insanlar bir-birinə bağışlama ilə yanaşır, küsülülər barışır, ehtiyacı olanlara yardım edilir. Süfrələr açılır, amma bu süfrələrin ən böyük bərəkəti birlik və sevgidir. Ramazan bizə xatırladır ki, insanın ən böyük zənginliyi onun qəlbindəki mərhəmətdir.
Bu iki böyük bayram – Novruz və Ramazan – zahirən fərqli olsa da, mahiyyətcə eyni mesajı verir: yenilənmək, təmizlənmək və insan olaraq daha ucalmaq. Biri təbiətin, digəri ruhun baharıdır. Biri torpağı oyadır, digəri qəlbi.
Bu günlərdə insan öz keçmişinə baxır, səhvlərini dərk edir və gələcəyə daha saf niyyətlə addımlayır. Çünki həm Novruzun odu, həm də Ramazanın nuru insanı işığa aparan iki müqəddəs yol kimidir.
Qoy bu bayramlar həyatımıza yalnız sevinc deyil, həm də hikmət gətirsin. Qoy hər birimiz içimizdəki baharı və nuru qoruyub saxlaya bilək. Çünki həqiqi bayram insanın qəlbində başlayır.
Bayramlarınız mübarək olsun!
Sevgi, mərhəmət və ümid heç vaxt həyatınızdan əskik olmasın.

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Nevruz’un Baharı, Ramazan’ın Nuru – Ruhun ve Doğanın Kutsal Uyanışı

Tarihin derinliklerinden günümüze ulaşan öyle bayramlar vardır ki, onlar sadece bir günün değil, bir milletin ruhunun ve kimliğinin yansımasıdır. Nevruz ve Ramazan Bayramı da bu anlamda insanın hem doğa ile hem de kendi iç dünyasıyla yeniden buluştuğu iki büyük manevi zirvedir.
Nevruz Bayramı, doğanın uyanışı, hayatın yeniden doğuşudur. Toprağın canlandığı, suların coştuğu, ağaçların filizlendiği bu özel gün, insanın da kalben yenilenmesine vesile olur. Eski kırgınlıklar unutulur, gönüller temizlenir. Ateş üzerinden atlamak, kötülüklerden arınmanın simgesidir. Nevruz, umutların yeşerdiği bir başlangıçtır.
Ramazan Bayramı ise ruhun arınması ve sabrın mükafatıdır. Mübarek Ramazan ayı boyunca insan sadece oruç tutmaz, aynı zamanda nefsini terbiye eder, kalbini temizler. Yardımlaşma, merhamet ve paylaşma duyguları güçlenir. Bayram günü ise bu manevi yolculuğun en güzel ödülüdür. İnsanlar barışır, gönüller birleşir.
Bu iki büyük bayram bizlere aynı gerçeği hatırlatır: Yenilenmek, temizlenmek ve daha iyi bir insan olmak. Biri doğanın baharı, diğeri ruhun bayramıdır.
Bayramlarınız mübarek olsun!
Sevgi, huzur ve bereket hayatınızdan eksik olmasın.

Pərvanə Salmanqızı
Gazeteci, şair-publisist

Весна Новруза и Свет Рамазана – Священное Пробуждение Души и Природы

Существуют праздники, пришедшие из глубины веков, которые отражают не только определённый день, но и духовную сущность целого народа. Новруз и праздник Рамазана являются именно такими днями, когда человек обновляется как духовно, так и внутренне.
Новруз – это пробуждение природы, возрождение жизни. Земля оживает, воды текут, деревья распускаются. В этот день человек тоже очищается душой, забывает обиды, наполняется надеждой. Огонь символизирует очищение, а сам праздник — начало новой жизни.
Рамазан Байрамы – это очищение души и награда за терпение. В течение священного месяца Рамазан человек учится терпению, милосердию и доброте. Он очищает не только тело, но и душу. Праздник Рамазана объединяет людей, учит прощению и взаимопомощи.
Эти два великих праздника несут одну истину: обновление, очищение и стремление стать лучше. Один символизирует весну природы, другой – весну души.
С праздником вас!
Пусть в вашей жизни всегда будут мир, любовь и благополучие.

Пярване Салмангызы
Журналист, поэт-публицист

Top