AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadəyə ithaf olunur

ÖMÜR SARAYI
AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadəyə ithaf olunur.
Ruhumuz gəlibdir bədən mülkünə,
Ömür sarayını tikmək eşqinə.
Alim deyir: baxma günün rənginə,
Ruhun doğulması fərqli bir haldır.
Bədən kərpic-kərpic sökülüb gedər,
Dişlər də tökülər, ömür tez bitər.
Zahirə aldanan bəxtin itirər,
Ömür sarayını quran ucalar.
Kimisi öyünər ata adıyla,
Yaşayar sarayda hazır dadıyla.
Ruhu doğulmayıb öz inadıyla,
Ömür sarayını tikməz, tək qalar.
Təbiət dincəlir belə övladla,
Girməyir heç bir iz, nə də bir adla.
Divarsız evdədir fani həyatda,
Ömür sarayını quru daş sanar.
Öləndə üstünə mərmər qoyarlar,
Zənn edər bu borcdan xilas olarlar.
O quru daşlarla nə qazanarlar?
Ömür sarayını hikmət saxlayar.
Kimi təkadamlıq bir otaq qurar,
Kimi xalqı üçün imarət tikər.
Qəhrəman canıyla bir tarix yazar,
Ömür sarayını vətən anlayar.
Üzeyir notuyla, Platon sözlə,
Bəşər inşasını qurubdur izlə .
Lütfi Zadə baxıb elmə bir gözlə,
Ömür sarayını zaman tanıyar.
İllərin fövqündə ucalar divar,
Hikmətlə yoğrulan əbədi qalar.
Zaman seli gəlsə, hər şeyi yuyar,
Ömür sarayını silə bilməyər.
10 aprel 2026
Müəllif: D.Mirzə
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


