Marko Asensio növbəti oyunu buraxacaq

Türkiyənin “Fənərbağça” komandası ciddi itki ilə üzləşib.
Marko Asensio ötən gün “Beşiktaş”la keçirilən derbi oyununda (1:0) dizindən xəsarət alıb.
İspaniyalı oyunçu Superliqanın XXIX turunda “Kayserispor”la səfər görüşünü buraxacaq. Qarşılaşma aprelin 11-də reallaşacaq.
Hazırda “Fənərbağça” 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.


