BİR ŞEİR PAYI – ŞƏHLA RƏVAN

BİR ŞEİR PAYI – ŞƏHLA RƏVAN
Turanın əbədi nuru
Kökü daşdan dərindir, ruhu göylərdən uca,
Tarixin hər sətriylə danışır qoca-qoca.
Zaman bir dəryadırsa, biz o dəryada gəmi,
Sükanı hikmət olan, yelkəni Haqqın dəmi.
Baxışında Tanrıdağ, sinəsində min dastan,
Bizik o qədim ruhu gələcəyə daşıyan.
Nizaminin qələmi, Atillanın qılıncı,
Bir damarda döyünür – həm zəfər, həm də sancı.
Biliklə yoğrulubdur millətin bünövrəsi,
“Oxu!” deyən bir dinin, “Düşün!” deyən bir səsi.
Zəka qılıncdan kəskin, iradə daşdan mətin,
Ucalmaqdır qayəsi bu müqəddəs millətin.
Birimiz sönən olsaq, minimiz çıraq olar,
Birliyimiz sarsılmaz, yurdum firavan olar.
Vüqarımız göylərdə, ayağımız yerdədir,
Türkün böyük dühası zamansız hər yerdədir.
Göytəpə şəhəri – 15.08.2022
Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Turan Yazarlar Birliyinin üzvü, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair.
Layihə rəhbəri: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


