Havadır, atəşdir, torpaqdır canı, Doğmadır onunçün yurdun hər yaBizi övlad kimi qucan Çərşənbəm!

ÇƏRŞƏNBƏM
Sevinclə bağrına basıb havanı,
Bahar yağışından içən Çərşənbəm!
Gəzib qapı-qapı eli-obanı,
Ürəkdən-ürəyə keçən Çərşənbəm!
Tüstülər içindən gülüb şən çıxan,
Çiçəyi şən çıxan, gülü şən çıxan,
Yanan tonqalların içindən çıxan
Novruzun yanına qaçan Çərşənbəm!
Oxşayıb nazını çəkər buranın,
İstəsə dumana bükər buranı,
Noğulun, badamın, şəkərburanın
Üzünə nurunu saçan Çərşənbəm!
Eşqidir yerlərin, səmaların da,
Yağan yağışın da, yağan qarın da,
Sevən ürəklərin səmalarında
Dönüb qaranquşa uçan Çərşənbəm!
Havadır, atəşdir, torpaqdır canı,
Doğmadır onunçün yurdun hər yanı.
Basıb öz bağrına Azərbaycanı
Bizi övlad kimi qucan Çərşənbəm!
Müəllif: Şahin Həmidi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


