Weather Data Source: havadurumuuzun.com

Azərbaycanın Qadın Lider Portreti- Milli Dövlətçilikdən Beynəlxalq Nüfuza

Azərbaycanın Qadın Lider Portreti- Milli Dövlətçilikdən Beynəlxalq Nüfuza

Müasir Azərbaycanın dövlətçilik tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti yalnız tutduqları vəzifə ilə ölçülmür. Onların adı, fəaliyyəti və missiyası bir xalqın mənəvi simasına, ictimai düşüncəsinə və beynəlxalq nüfuzuna çevrilir. Mehriban xanım Əliyeva buməhz belə nadir liderlərdəndir. O, yalnız dövlət rəhbəri deyil, Azərbaycanın qadın simasının, analıq missiyasının və humanitar liderliyinin parlaq təcəssümüdür. Onun fəaliyyəti xalqın rifahını yüksəltmək, milli-mənəvi dəyərləri qorumaq və dünyada Azərbaycanın nüfuzunu gücləndirmək yönündə ardıcıl və sistemli şəkildə davam edir.

Mehriban xanım Əliyeva hər bir təşəbbüsü ilə insanların qəlbinə yol tapır. Heydər Əliyev Fondunun prezidenti kimi o, Azərbaycanda və ölkə hüdudlarından kənarda təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə yüzlərlə layihəyə rəhbərlik etmiş, aztəminatlı ailələrə ümid, xəstəxanaların yenilənməsi, məktəblərin və uşaq bağçalarının tikintisi kimi təşəbbüslərlə yalnız yardım göstərməklə kifayətlənməmiş, həm də ümummilli rifahın və humanitar məsuliyyətin canlı nümunəsini yaratmışdır. Onun hər bir addımı xalqın gözündə həm ümid, həm də etimad simvoludur.

Mehriban xanım Əliyeva milli mədəniyyətimizin dünyaya çıxışında da fəal rol oynamışdır. UNESCO-nun Xoşməramlı səfiri kimi o, muğamın, aşıq yaradıcılığının və Novruz ənənəsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə vermiş, Azərbaycanın zəngin mədəni irsini qorumağa və dünyaya təqdim etməyə xidmət etmişdir.
O, dövlətçilik lideridir. Birinci vitse-prezident kimi o, ölkənin sosial-iqtisadi siyasətinin formalaşmasında, qadınların və gənclərin ictimai fəallığının artırılmasında, humanitar və mədəni layihələrin icrasında əvəzsiz rol oynayır. Mehriban xanım Əliyeva analıq missiyasını, qadınlıq nüfuzunu və dövlətçilik öhdəliklərini bir araya gətirərək Azərbaycanın bütün qadınlarının simvolu, nümunəvi lideri və intellektual rəhbəri kimi çıxış edir.
Dünyada Azərbaycanın imicini formalaşdıran, strateji baxışını göstərən liderdir. Onun rəhbərliyi altında Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənir, humanitar diplomatiya və təhsil sahəsində yeni zirvələr fəth olunur. Hər addımı xalqın rifahına, ölkənin inkişafına və gələcək nəsillərin təhsil imkanlarına xidmət edən bir missiya daşıyır.
Son zamanlarda, 27 fevral 2026-cı il tarixində Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının sədri təyin olunması onun liderlik bacarığının, strateji baxışının və etibarlı idarəçiliyinin növbəti təsdiqidir. Bu yeni vəzifədə Mehriban xanım Əliyeva ölkəmizin rəqəmsal gələcəyini formalaşdıracaq, innovasiya və texnologiya sahəsində Azərbaycanın öncül mövqeyini daha da möhkəmləndirəcəkdir. Onun rəhbərliyi altında rəqəmsal transformasiya yalnız texnoloji inkişaf deyil, həm də xalqın rifahına və ölkənin müstəqilliyinə xidmət edən strateji bir missiya olacaqdır.

Mehriban xanım Əliyeva həm dövlət xadimi, həm humanitar lider, həm də qadın və analıq missiyasının parlaq təcəssümüdür. Onun fəaliyyəti bir nümunədir – liderlik, intellektual güc, humanizm və vətənpərvərlik arasında mükəmməl tarazlıqdır. O, hər zaman xalqının, eləcə də beynəlxalq ictimaiyyətin hörmətini qazanmış bir liderdir.

Bir əsrdən çox yaşı, 75 mindən artıq qadın üzvü öz ətrafında birləşdirən “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İ. B. adından Hörmətli Mehriban xanım Əliyeva, Sizi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilməyiniz münasibətilə ürəkdən təbrik edirik. Bu strateji vəzifədə Sizə möhkəm cansağlığı, qətiyyət və yeni uğurlar arzulayırıq. Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycanın rəqəmsal inkişaf strategiyası daha da sürətlənəcək, innovasiya və müasir texnologiyalar sahəsində ölkəmiz yeni zirvələrə çatacaqdır.

”Azərbaycan Qadınları Respublika Cəmiyyəti”. İ.B.sədri Bahar Qasımova

Top