Weather Data Source: havadurumuuzun.com

Nicat Ərtürk təltif olunub – Ziyadar

Şair Nicat Ərtürkün “Ana həsrəti” kitabının təqdimatı keçirilib

Manset.az xəbər xəbər verir ki, “Ana həsrəti” kitabının təqdimatı Xocalı faciəsi şəhidlərinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbir Əsəd Cahangirovun aparıcılığı, şair Kəmaləddin Qədim, yazıçı Zaur Ustac, aktyor Habil Xanlarov və başqa tanınmış şəxslərin, ziyalıların iştirakı ilə baş tutub.

İxtisasca iqtisadçı olan Nicat Ərtürk üçüncü kitabı olan “Ana həsrəti”ni vaxtsız itirdiyi anasına həsr edib. Öz şeirlərində müxtəlif mövzulara – vətən, el-oba, yurd, valideyn, övlad sevgisi mövzularına toxunan şair əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundandır.

Tədbir zamanı şair Nicat Ərtürk Media Araşdırmaları mərkəzi və Azər KİVİHİ tərəfindən “Şərəfli ömür yolu” media mükafatı  və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub. Sonda xatirə fotosu çəkdirilib və şair oxucularının kitablarını imzalayıb.

Müəllif: Fidan Vəlisoy

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Nicat Ərtürkü təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

İlkin mənbə: Manset.az 

Məlumatı hazırladı: Leyla Mahirqızı

NİCAT ƏRTÜRKÜN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top