Jale İnan – Tarixin Səssiz Səsini Dinləyən Qadın

Jale İnan – Tarixin Səssiz Səsini Dinləyən Qadın
1 fevral 1914-cü ildə İstanbul şəhərində dünyaya göz açan Jale İnan, təkcə Türkiyənin ilk qadın arxeoloqu deyil, həm də torpağın yaddaşına toxunan, daşların dilini anlayan bir elm fədaisi idi. O, ömrünü keçmişin izlərini gələcəyə daşımağa həsr etdi və tarix elmini qadın zəkasının incəliyi ilə zənginləşdirdi.
Tarix – sadəcə keçmiş hadisələrin toplusu deyil; o, bir millətin ruhudur, kimliyidir, yaddaşıdır. Bu yaddaşı qorumaq isə böyük məsuliyyət və səbir tələb edir. Jale İnan məhz bu məsuliyyəti çiyinlərinə götürərək, daşlaşmış sükutun içindən mədəniyyətin nəfəsini üzə çıxardı. Onun qazıntıları, araşdırmaları və elmi fəaliyyəti göstərdi ki, torpaq susmur – sadəcə onu dinləməyi bacarmaq lazımdır.
O, təhsilini Almaniyada davam etdirərək Avropa elmi məktəbinin metodlarını mənimsədi və vətəninə qayıdaraq Türkiyənin arxeologiya sahəsində yeni bir səhifə açdı. Çətin dövrlərdə, maddi və texniki imkanların məhdud olduğu bir zamanda belə, o, antik şəhərlərin qalıqlarını qorumaq, heykəlləri və tarixi abidələri bərpa etmək üçün yorulmadan çalışdı. Xüsusilə Perge və Side qazıntılarındakı fəaliyyəti ilə qədim Anadolu mədəniyyətinin dünya miqyasında tanıdılmasına böyük töhfə verdi.
Jale İnanın həyatı bir həqiqəti sübut edir: elm cins tanımır, elm yalnız zəhmət və inam tələb edir. O dövrdə qadınların elm sahəsində önə çıxması asan deyildi. Lakin o, cəmiyyətin stereotiplərini səssiz bir əzmlə aşdı və gələcək nəsillərə örnək oldu. Onun adı yalnız arxeologiya tarixində deyil, qadın azadlığının və elmi iradənin simvolu kimi də yaşayır.
Arxeoloq olmaq – torpaqla danışmaqdır. Keçmişi bu günə gətirmək, dağıntıların arasından mədəniyyətin bütöv mənzərəsini qurmaqdır. Jale İnan isə bu missiyanı elmi dəqiqliklə yanaşı, böyük sevgi ilə yerinə yetirdi. O, daş heykəllərin üzündəki ifadəni oxuya bilən, minilliklərin sükutunu anlayan bir alim idi.
Onun ömrü bizə öyrədir ki, tarixə sahib çıxmaq gələcəyə sahib çıxmaq deməkdir. Keçmişini bilməyən xalq gələcəyini inşa edə bilməz. Jale İnan isə tarixi yalnız araşdırmadı, onu qorudu, bərpa etdi və gələcək nəsillərə əmanət etdi.
Bu gün onun adı çəkiləndə yalnız bir alim xatırlanmır; bir iradə, bir zəka, bir vətən sevgisi yada düşür. O, torpağın altındakı mədəni sərvətləri gün işığına çıxararaq, əslində millətin mənəvi xəzinəsini zənginləşdirdi.
Tarix yazılmır – tarix tapılır. Və onu tapanlar arasında Jale İnan kimi fədakar alimlərin adı əbədi yaşayır.
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Jale İnan – Toprağın Hafızasını Konuşturan Bilim Kadını
1 Şubat 1914’te İstanbul’da dünyaya gelen Jale İnan, Türkiye’nin ilk kadın arkeoloğu olarak yalnızca bir unvanın değil, bir medeniyet bilincinin temsilcisi oldu. O, ömrünü toprağın altındaki sessiz tarihi gün ışığına çıkarmaya adadı; taşlara sinmiş zamanı sabırla dinledi, geçmişi ilmin ışığında geleceğe taşıdı.
Arkeoloji, yalnızca kazı yapmak değildir; bir milletin hafızasına dokunmaktır. Jale İnan, bu hafızayı korumayı bir görev değil, bir vicdan borcu olarak gördü. Eğitimini Almanya’da tamamlayarak çağdaş bilim yöntemlerini benimsedi, ardından ülkesine dönerek Anadolu’nun kadim mirasını koruma mücadelesine girişti. Zor şartlara rağmen azmiyle, disipliniyle ve inancıyla birçok önemli kazıya öncülük etti.
Özellikle Perge ve Side antik kentlerinde yürüttüğü çalışmalar, Anadolu’nun zengin kültürel mirasının dünya bilim çevrelerinde daha güçlü tanınmasını sağladı. Yalnızca eserleri gün yüzüne çıkarmadı; kaçırılan tarihi eserlerin ülkeye iadesi için de büyük mücadele verdi. Onun çabaları sayesinde birçok kıymetli eser ait olduğu topraklara yeniden kavuştu.
Jale İnan’ın hayatı, bilimin cinsiyet tanımadığını kanıtlayan en güçlü örneklerden biridir. Cumhuriyet’in aydınlanma ruhunu taşıyan bir kadın olarak, erkek egemen bir alanda yılmadan çalıştı. O, yalnızca kazı alanlarında değil, düşünce dünyasında da iz bıraktı. Ardından gelen genç kadın araştırmacılara cesaret, umut ve ilham verdi.
Toprağın altındaki her kalıntı bir hikâyedir. O hikâyeyi okuyabilmek bilgi kadar sabır ve sevgi ister. Jale İnan, geçmişle bugün arasında köprü kuran bir bilim insanı olarak, taşların diliyle konuşmayı başarmış nadir isimlerdendir. Onun emeği sayesinde Anadolu’nun binlerce yıllık medeniyet sesi daha gür duyulmuştur.
Bugün adını andığımızda, yalnızca bir arkeoloğu değil; kararlılığı, bilime adanmışlığı ve vatan sevgisiyle örnek olmuş bir Cumhuriyet kadını hatırlarız. O, geçmişi koruyarak geleceğe yön veren bir ışık oldu.
Tarih yazılmaz, keşfedilir. Ve onu keşfedenler, insanlığa kalıcı izler bırakır.
Jale İnan da bu izleri onurla, emekle ve inançla bırakanlardan biridir.
Pərvanə Salmanqızı
Qəzetçi, şair-yazar.


