27 fevral 2020-ci il…

27 fevral 2020-ci il…
Tarixə qanla yazılmış, yaddaşlara əbədi həkk olunmuş bir gün.
Bu gün İdlib səmasında həyata keçirilən hava hücumu nəticəsində 34 igid övlad şəhidlik zirvəsinə ucaldı. Onlar vətən torpağından uzaqda olsalar da, Vətənin şərəfini, millətin qürurunu, bayrağın ucalığını qoruyurdular. Həmin gün atılan hər mərmi bir ailənin ocağına düşən köz, bir ananın ürəyinə sancılan dağ oldu.
Şəhidlik – sadəcə ölüm deyil, əbədiyyətə açılan qapıdır.
Şəhid – torpağa düşən deyil, torpağı ucaldandır.
27 fevral 2020-ci ildə baş verən bu hadisə təkcə bir hərbi faciə deyildi; bu, həm də milli yaddaşın sınağı, birlik və həmrəyliyin güzgüsü idi. O igidlər canlarını fəda edərək göstərdilər ki, vətən sevgisi sərhəd tanımır, qəhrəmanlıq zamanla ölçülmür.
Altı il keçsə də, zaman ağrını azaltmır, sadəcə onu səssizləşdirir. Lakin millətin qəlbində şəhidlərin adı daim ucalıqda qalır. Onların ruhu bir millətin duasında, anaların göz yaşında, bayrağın dalğasında yaşayır.
Bu gün biz 34 qəhrəmanı dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik. Onların xatirəsi yaddaşımızda, əmanəti isə vicdanımızda yaşayacaq.
Allah bütün şəhidlərə rəhmət eləsin.
Ruhları şad, məkanları cənnət olsun.
Ehtiramla,
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.
27 Şubat 2020…
Tarihe kanla yazılmış, hafızalara kazınmış bir gün.
Bu gün İdlib semalarında gerçekleştirilen hava saldırısı sonucu 34 kahraman Mehmetçiğimiz şehadet mertebesine ulaştı. Vatan toprağından uzakta olsalar da, ay yıldızlı bayrağın onurunu, milletin haysiyetini ve devletin vakarını koruyorlardı. O gün atılan her bomba bir ocağa ateş, bir annenin yüreğine köz oldu.
Şehadet sıradan bir ölüm değildir; ebediyete açılan kutlu bir kapıdır.
Şehit ise toprağa düşen değil, toprağı yücelten candır.
27 Şubat 2020’de yaşanan bu elim hadise yalnızca askerî bir saldırı değil; aynı zamanda milletçe sabrımızın, dirayetimizin ve birliğimizin imtihanıydı. O yiğitler canlarını feda ederek gösterdiler ki, vatan sevgisi mesafe tanımaz, kahramanlık zamana sığmaz.
Altı yıl geçse de zaman acıyı silmez; sadece sessizleştirir. Ancak milletin kalbinde şehitlerin adı daima en yüce yerde kalır. Onların aziz hatırası dualarımızda, bayrağımızın dalgalanışında, anaların gözyaşında yaşamaya devam ediyor.
Bugün 34 kahramanımızı rahmet, minnet ve şükranla anıyoruz. Ruhları şad, mekânları cennet olsun.
-
Saygı ve ihtiramla,
Pərvanə Salmanqızı
Qəzetçi, şair-yazar.


