Weather Data Source: havadurumuuzun.com

Elmin və Sədaqətin Zirvəsində Bir Ömür – Sədaqət Rəhimovanın Doğum Günü

Elmin və Sədaqətin Zirvəsində Bir Ömür – Sədaqət Rəhimovanın Doğum Günü

Bu gün elmin nuru, zəhmətin bəhrəsi, səmimiyyəti və yüksək insani keyfiyyətləri ilə hər kəsin hörmətini qazanan dəyərli alim, fəal ictimai xadim, Pedaqogika Elmləri üzrə Fəlsəfə Doktoru Sədaqət Rəhimovanın doğum günüdür.
Sədaqət xanım ömrünü elmə, təhsilə və gələcək nəslin formalaşmasına həsr etmiş ziyalı şəxsiyyətdir. Onun pedaqoji fəaliyyəti yalnız bilik ötürmək deyil, həm də dəyər yaratmaq, insan yetişdirmək, cəmiyyətə faydalı fərdlər qazandırmaq missiyasıdır. Elmi araşdırmaları, maarifçi mövqeyi və ictimai fəallığı ilə daim nümunə olmuş, yüzlərlə insanın yoluna işıq salmışdır.
Səmimiyyəti, təvazökarlığı, prinsipial mövqeyi və yüksək mənəvi dəyərləri ilə seçilən Sədaqət Rəhimova həm alim, həm pedaqoq, həm də ziyalı xanım olaraq cəmiyyətimizdə xüsusi hörmət və rəğbət qazanmışdır. Onun fəaliyyəti elmə sədaqətin, müəllim adına ucalığın və vətənə xidmətin bariz nümunəsidir.
Bu əlamətdar gündə dəyərli Sədaqət xanıma möhkəm cansağlığı, uzun və mənalı ömür, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, ailə səadəti və daim yüksələn nüfuz arzulayırıq. Qoy qəlbi hər zaman işıqla dolu olsun, əməlləri isə gələcək nəsillərə örnək kimi yaşasın.
Doğum gününüz mübarək olsun, dəyərli Sədaqət xanım!

 

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top